Azərbaycanda bu institutun adı dəyişdirildi

09:58 10 Dekabr 2015
42 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun adı dəyişdirilərək Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu adlandırılıb.

Trend-in məlumatına görə, bu barədə qərar Azərbaycan Təhsil Nazirliyinin təklifi əsasınsında Nazirlər Kabineti tərəfindən qəbul edilib.

Qərara müvafiq olaraq “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “Əlavə təhsil müəssisələri” bölməsinin 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin: “1. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu”.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR