​Azərbaycanda institutlardan birinin adı dəyişdirilib

​Azərbaycanda institutlardan birinin adı dəyişdirilib
10:17 10 Dekabr 2015
42 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 10 dekabr. REPORT.AZ/ Nazirlər Kabineti “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edib.
"Report"un məlumatına görə, dəyişikliklə bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.
Dəyişikliyə əsasən, Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu adlandırılıb.
Bu, Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumlarının siyahısına da əlavə edilib.

Xəbərin orijinal ünvanı: http://report.az/elm-ve-tehsil/institutlardan-birinin-adi-deyisdirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR