İranda "donuz qripi" Azərbaycan sərhədinə yaxınlaşır

10:18 10 Dekabr 2015
25 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Təmkin Cəfərov - Trend:

İrada “donuz qripi” Azərbaycan sərhədlərinə yaxınlaşır. Belə ki, artıq Xəzər dənizi sahilində yerləşən Mazandaran əyalətində 5 nəfər “donuz qripi” diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Trend-in məlumatına görə, bu barədə İranın Kiapress.ir xəbər saytı məlumat verir.

Mazandaran Tibb Universitetinin rektor müavini doktor Möhsin Ərabi deyib ki, hər gün bir və ya iki nəfər “donuz qripi” ilə bağlı müraciət edir: “İndiyədək bu qripə görə, Mazandaran əyalətində ölüm halı olmayıb və qrip artıq nəzarətə götürülüb.”

M.Ərabi deyib ki, qripə yoluxmuş xəstələrin hamısı müalicə aldıqdan sonra evə buraxılıblar və həkim nəzarətindədirlər.

Qeyd edək ki, İranda "donuz qripi"ndən son üç həftədə 40 nəfər ölüb. 35 nəfər Kirman əyalətində, 5 nəfər isə Sistan-Bəlucistan əyalətində həyatını itirib.

Xatırladaq ki, Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) İranda "donuz qripi"nin aşkarlanması ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib. Komitədən Trend-ə deyiblər ki, hazırda "donuz qripi"nə yoluxmuş insanların sərhədi keçməsi halları qeydə alınmayıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2467737.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR