​"Qəbələ" və "Qarabağ" Avropa Liqasının qrup mərhələsində son oyunlarını keçirəcək

​"Qəbələ" və "Qarabağ" Avropa Liqasının qrup mərhələsində son oyunlarını keçirəcək
10:33 10 Dekabr 2015
26 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 10 dekabr. REPORT.AZ/ Bu gecə Azərbaycanın "Qəbələ" və "Qarabağ" klubları Avropa Liqasının qrup mərhələsində son oyunlarını keçirəcəklər. "Report"un məlumatına görə, "qırmızı-qaralar" Bakıda Rusiya "Krasnodar"ına, Ağdam təmsilçisi isə Belçikada "Anderlext"ə qarşı mübarizə aparacaq.
"Bakcell Arena"da keçiriləcək matçın start fiti saat 22:00-da səslənəcək. Qarşılaşma Rusiya təmsilçisi üçün daha çox önəm daşıyır. "Krasnodar" Bakıdan qələbə ilə dönəcəyi təqdirdə qrup mərhələsini ilk pillədə başa vuracaq. "Qəbələ" isə ən yaxşı halda Avropa Liqasında debütünü 3-cülüklə yekunlaşdıra bilər. Bunun üçün Yunanıstanın PAOK klubu Almaniyada "Borussiya" (Dortmund) komandasına məğlub olmalıdır.
"Qarabağ" isə Brüsseldə növbəti mərhələyə vəsiqə qazanmaq üçün yarışacaq. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda qrupdan çıxmaq üçün ilk növbədə, "Anderlext"i səfərdə də məğlub etməlidir. Belədə gözlər İngiltərə "Tottenhem"i və Fransa "Monako"su arasında keçiriləcək oyuna yönələcək. "Qarabağ"ın Avroliqada yoluna davam etməsi üçün Londondakı görüşdə meydan sahibləri uduzmamalıdır. Artıq bu qrupdan "Tottenhem" 1/16 finala vəsiqəni təmin edib. 
Avropa Liqası, VI tur
10 dekabr
22:00. "Qəbələ" (Azərbaycan) - "Krasnodar" (Rusiya)
Baş hakim: İştvan Kovaç
Yan xətt hakimləri: Mikloş İştvan Nagi, Vasile Florin Marinesku
Əlavə köməkçi hakimlər: Pavel Kristian Balay, Marius Avram
Dördüncü hakim: Mixai Ovidiu Artene (hamısı Rumıniya)
Hakim-inspektor: Kay Natri (Finlandiya)
UEFA nümayəndəsi: Skott Struters (Şotlandiya)
Bakı. "Bakcell Arena".
Xal durumu: "Krasnodar" - 10. "Borussiya" - 10. PAOK - 4. "Qəbələ" - 2.


11 dekabr
00:05. "Anderlext" (Belçika) - "Qarabağ" (Azərbaycan)
Baş hakim: Slavko Vinçiç
Yan xətt hakimləri: Boyan Ul, Tomaş Klançnik
Əlavə köməkçi hakimlər: Roberto Ponis, Draqoslav Periç
Dördüncü hakim: Andras Kovaçiç (hamısı Sloveniya)
Hakim-inspektor: İqor İşenko (Ukrayna)
UEFA nümayəndəsi: Qabriel Vayss (Slovakiya)
Brüssel. Konstant Vanden Stok Stadionu.
Xal durumu: "Tottenhem" - 10. "Anderlext" - 7. "Monako" - 6. "Qarabağ" - 4.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/qebele-ve-qarabag-avropa-liqasinin-qrup-merhelesinde-son-oyunlarini-kecirecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR