​Vergilər Nazirliyində kollegiya iclası keçirilib

​Vergilər Nazirliyində kollegiya iclası keçirilib
10:38 10 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 10 dekabr. REPORT.AZ/ Vergilər Nazirliyində “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” və Vergi Məcəlləsinə dəyişikliklərlə bağlı qanunların təsdiqi, Nazirliyin qarşısında duran vəzifələrin icrasına həsr olunmuş kollegiya iclası keçirilib. Bu barədə "Report"a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Toplantıda çıxış edən nazir Fazil Məmmədov qeyd edib ki, ölkə başçısının Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında vergi orqanları qarşısında qoyduğu vəzifələrin icrasını təmin etmək məqsədilə vergitutma bazasının genişləndirilməsi, mövcud vergi potensialından daha səmərəli şəkildə istifadə olunması üçün ciddi vergi-büdcə təhlilləri aparılıb.
Vergilər Nazirliyi tərəfindən müvafiq dövlət qurumları ilə razılaşdırlmaqla Vergi Məcəlləsinə və bir sıra qanunvericilik aktlarına dəyişikliklər edilməsi barədə konkret təkliflər verilib, bu dəyişikliklər 20 oktyabr 2015-ci il tarixdə Milli Məclis tərəfindən qəbul olunaraq, 7 dekabr 2015-ci il tarixldə Prezidentin fərmanı ilə təsdiq edilib.
Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin böyük əksəriyyətinin vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsinə, vergi yükünün azaldılmasına, vergi inzibatçılığının təkmilləşdirilməsinə, vergidən yayınma halları ilə mübarizənin gücləndirilməsi yolu ilə büdcə daxilolmalarının artmasına xidmət etdiyini vurğulayan F.Məmmədov qeyd edib ki, dövlət büdcəsinin icrası ilə yanaşı, sahibkarlığın inkişafı, xüsusilə kiçik və orta biznesin fəaliyyətinin genişlənməsinin təşviqi də vergi orqanlarının qarşısında duran əsas vəzifələrdəndir.
Məlumata görə, aparılan sosial-iqtisadi siyasətə uyğun olaraq ölkə üzrə yaşayış minimumu və əmək haqları davamlı olaraq artırılır.
Aylıq gəlirləri 250 manatdan az olan fiziki şəxslərin əmək haqlarının artırılması nəticədə həmin şəxslərin güzəşt dairəsindən çıxmasına səbəb olur. Əmək haqlarına tətbiq edilən vergi güzəştinin şamil olunduğu vergi ödəyicilərinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə Vergi Məcəlləsinə edilmiş dəyişiklik əhalinin gəlirlərini artırmaqla onların maddi rifahının yaxşılaşmasına müsbət təsir göstərəcək və əmək haqlarının leqallaşmasını təşviq edəcək. Bu vergi güzəştindən həm dövlət, həm də özəl sektorda çalışan 500 mindən artıq insan faydalana biləcək.
Vergi yükünün azaldılmasına yönəlmiş digər dəyişikliklər ƏDV-nin məqsədləri üçün qeydiyyata alınma öhdəliyi yaradan əməliyyatların həcminin 120 min manatdan 200 min manatadək, eləcə də ƏDV qeydiyyatının ləğvi üçün vergi tutulan əməliyyatların həcminin 60 min manatdan 100min manatadək artırılması, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun verilməsi, daşınmaz əmlakın təqdim edilməsindən əldə olunan gəlirlərdən notariuslar tərəfindən ödəmə mənbəyində sadələşdirilmiş verginin tutulması, ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə satış dövriyyəsi 200min manatdan artıq olduğu halda ticarət fəaliyyəti üzrə 6%, ictimai iaşə fəaliyyəti üzrə 8% dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnun verilməsidır.
Bu dəyişikliklər, eləcə də məcburi ƏDV qeydiyyatına alınmaq öhdəliyi yaradan həddin artırılması dövriyyəsi 200 min manatadək olan şəxslərə sadələşdirilmiş vergitutma rejimində fəaliyyətlərini davam etdirməyə imkan verəcək ki, bu da vergi inzibatçılığının sadələşdirilməsi ilə yanaşı həmin ödəyicilərin vergi yükünün azaldılmasını təmin edəcək.
Bununla yanaşı, qeyd olunub ki, idman mərc oyunlarından əldə edilən uduşların ödəmə mənbəyində vergiyə cəlb edilməsi, Nazirlər Kabinetinin müvafiq qərarı ilə idxalda ƏDV-dən azad olunan malların siyahısının Vergi Məcəlləsinə daxil edilməsi,qeyri-filiz faydalı qazıntılar üzrə mədən vergisi dərəcələrinin optimallaşdırılması, vergi borcları olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması,aksiz markası ilə markalanmalı olan malların Azərbaycan ərazisində dövriyyəsinin tənzimlənməsi, alkoqollu içkilərin satışının yalnız nağdsız qaydada həyata keçirilməsikimi məsələlərlə bağlı dəyişikliklər vergi intizamının güclənməsinə və nəticə etibarilə büdcəyə vergi daxilolmalarının artmasına öz müsbət təsirini göstərəcək.
F.Məmmədov bildirib ki, vergi qanunvericiliyinə edilmiş dəyişikliklərə uyğun olaraq bir sıra yeni qaydaların hazırlanması və ya mövcud qaydalara dəyişiklik edilməsi, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə notariuslar tərəfindən ödəmə mənbəyində tutulan sadələşdirilmiş vergi bəyannaməsinin formasının və tərtib edilməsi qaydasının hazırlanması, idman mərc oyunlarından uduşlar əldə edən şəxsə ödəmələr verən şəxslər tərəfindən ödəmə mənbəyində tutulan gəlir vergisi bəyannaməsinin forması və tərtib edilməsi qaydasının hazırlanması, illik dövriyyəsi 200 min manatdan artıq olan, ticarət və ictimai iaşə fəaliyyətilə məşğul olan şəxslər tərəfindən sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququndan istifadə etmək üçün təqdim ediləcək məlumat formasının və onların uçota alınmaq qaydasının hazırlanması, 2016-cı ilin 1 yanvar tarixinə illik dövriyyəsi 200 min manat və az olan ƏDV ödəyicilərinin sadələşdirilmiş vergi ödəyicisi olmaq rejiminə keçid mexaniziminin hazırlanması, saxta aksiz markaları ilə markalanmış malların müəyyən edilmə mexaniziminin işlənib hazırlanması, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikinti-quraşdırma işlərinə başlanması və seçdiyi vergitutma metodu barədə verilən məlumat formasının və onun tərtib edilmə qaydasının hazırlanması, nəzarət-kassa aparatının quraşdırılması ilə bağlı qanunvericilik bazasının təkmilləşdirlməsi, bu və bu kimi digər məsələlərlə bağlı treninqlərin keçirilməsi planlaşdırılır.
Həmçinin, büdcə proqnozları və onların icrası, Məcəllədəki dəyişikliklərlə bağlı vergi ödəyicilərinə göstəriləcək xidmətlər, əhalinin və vergi ödəyicilərinin KİV vasitəsilə məlumatlandırılması, vergi ödəyiciləri ilə görüşlərin keçirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi və sadələşdirilməsi, vergi ödəyicilərinin təsərrüfat subyektlərinin inventarizasiyasının keçirilməsi, operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı tərtib olunan akt və inzibati xətalara dair işlər haqqında protokolun formasının təqdiq edilməsi, kadr və tədris məsələləri, yeni proqramlar əsasında vergi orqanı əməkdaşlarına təlimlərin keçirilməsi də nəzərdə tutulur.
Yekunda vergilər naziri F.Məmmədov müzakirə olunan məsələlərlə bağlı konkret tapşırıqlarını verib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Türkiyə sahillərində gəmi batdı -

22 Sentyabr 2017 21:15

İstanbul bələdiyyəsinin sədri istefa verib

22 Sentyabr 2017 21:08

AST Telmanın bütün sirləri ORTAYA ÇIXDI: 15 illik dostundan İNANILMAZ ZƏRBƏ

22 Sentyabr 2017 21:03

"Mariya" qasırğası azı 15 nəfərin ölümünə, 20 nəfərin isə itkin düşməsinə səbəb olub

22 Sentyabr 2017 20:58

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yeni sosial layihəyə başlayıb

22 Sentyabr 2017 20:57

Daha bir dövlət Rusiya qazından imtina edir

22 Sentyabr 2017 20:48

Ukraynanın Hindistandakı səfiri selfi çəkərkən telefonunu oğurlayıblar

22 Sentyabr 2017 20:47

AVRO-2017: Millimiz darmadağınla başladı

22 Sentyabr 2017 20:44

Bu bölgəmizdə qorxulu bəla peyda olub -

22 Sentyabr 2017 20:40

Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Avropa çempionatına qələbə ilə başlayıb

22 Sentyabr 2017 20:37

Bakıda sərnişin avtobusu piyadanı vurdu - FOTO

22 Sentyabr 2017 20:33

Bakıda sahibkarlar və menecerlər üçün treninq keçirilib

22 Sentyabr 2017 20:32

Beynəlxalq Muğam Mərkəzində “Sevgili Canan” adlı konsert keçirilib

22 Sentyabr 2017 20:31

İspaniya Kataloniyaya əlavə qüvvələr göndərir

22 Sentyabr 2017 20:19

Ədliyyə naziri Samux rayonunda vətəndaşları qəbul edib

22 Sentyabr 2017 20:17

Ölkə prezidenti yığmamızın oyununda

22 Sentyabr 2017 20:09

İstanbul bələdiyyə başçısı istefa verdi

22 Sentyabr 2017 20:08

Azərbaycan üçün BÖYÜK TƏHLÜKƏ, 2018-ci ilin yazında MÜHARİBƏ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

22 Sentyabr 2017 20:03

İstanbul bələdiyyəsinin sədri vəzifəsindən istefa verib

22 Sentyabr 2017 20:02

Zirzəmidə tapdığı seyf həyatını dəyişdi -

22 Sentyabr 2017 20:00

İlham Əliyev voleybol matçında - FOTO

22 Sentyabr 2017 19:58

Məmmədyarov bu gün həmsədrlərlə görüşəcək

22 Sentyabr 2017 19:49

Dünən kraliça oldu, bu gün tacı əlindən alındı - TÜRKİYƏDƏ QALMAQAL - FOTOLAR

22 Sentyabr 2017 19:48

Türkiyə-Suriya sərhədində tikilən səddin inşası tamamlanır

22 Sentyabr 2017 19:42

Azyaşlı cinsi istəyi artıran dərman içdi -

22 Sentyabr 2017 19:39

Bərzani SON SÖZÜNÜ DEDİ: “Referendum...”

22 Sentyabr 2017 19:38

OPEC+ anlaşması ilə bağlı qərar noyabra ertələnib

22 Sentyabr 2017 19:32

XİN-dən Ermənistanla bağlı açıqlama

22 Sentyabr 2017 19:28

"Transaero" aviaşirkətinin borcunun məbləği açıqlanıb

22 Sentyabr 2017 19:17

Yaqub Eyyubov: "Azərbaycan buna qadirdir"

22 Sentyabr 2017 19:13

XİN ABŞ-ın Nümayəndələr Palatasının üzvlərini "qara siyahı"ya daxil edib

22 Sentyabr 2017 19:05

Metropolitendə yeni dispetçer mərkəzi fəaliyyətə başladı

22 Sentyabr 2017 18:59

XİN: Nalbəndyan yenə də özünü gülünc vəziyyətinə qoyur

22 Sentyabr 2017 18:58

Bakıda qadın voleybolçular arasında Avropa çempionatının açılış mərasimi keçirilib

22 Sentyabr 2017 18:57

Azərbaycan XİN Edvard Nalbəndyanın açıqlamasına münasibət bildirib

22 Sentyabr 2017 18:52

"Həmsədrlərlə masada olan təkliflər əsasında ciddi danışıqlar aparılacaq" - XİN

22 Sentyabr 2017 18:49

FIFA "Ən yaxşı futbolçu" adına 3 namizədi açıqladı

22 Sentyabr 2017 18:47

Ermənilər Ağdamın işğalda olan kəndlərini yenidən yandırdı

22 Sentyabr 2017 18:44

Yeni Zelandiyada deputatlığa azərbaycanlı namizədlə MÜSAHİBƏ: BÖLGƏNİN LİDERİDİR

22 Sentyabr 2017 18:38

Qaxda 42 yaşlı qadın itkin düşüb

22 Sentyabr 2017 18:37

Bu konqresmenlərin adı arzuolunmaz şəxslərin siyahısına salındı - XİN

22 Sentyabr 2017 18:34

Rəhbər işçilərin siyahısında dəyişikliklər edildi

22 Sentyabr 2017 18:33

Azərbaycan XİN: ABŞ Nümayəndələr Palatasının üç üzvünün adı "qara siyahı"ya salınıb

22 Sentyabr 2017 18:27

"Sberbank" Türkiyədəki biznesini satmayacaq

22 Sentyabr 2017 18:27

Türkiyədə gözlənilən iclas başladı

22 Sentyabr 2017 18:27

İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib

22 Sentyabr 2017 18:26

Azərbaycan və Qırğızıstan arasında protokol təsdiqləndi

22 Sentyabr 2017 18:23

Avropa çempionatı: Açılış oyununda Rusiya Ukraynaya qalib gəlib

22 Sentyabr 2017 18:22

Azərbaycan ilə Xorvatiya arasında miqrasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

22 Sentyabr 2017 18:22

FİFA 2017-ci ilin ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb

22 Sentyabr 2017 18:22