Valideynlərin nəzərinə: uşaqlar üçün yeni peyvənd təqvimi təsdiqləndi

Valideynlərin nəzərinə: uşaqlar üçün yeni peyvənd təqvimi təsdiqləndi
10:48 10 Dekabr 2015
77 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Nazirlər Kabineti 2016-2020-ci illər üçün uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramını təsdiq edib.

Trend-in məlumatına görə, Tədbirlər Proqramının məqsədi vaksinasiya ilə qarşısı alına bilən yoluxucu xəstəliklərin profilaktikasının yaxşılaşdırılması, körpə və uşaq ölümünün səviyyəsinin aşağı salınmasından ibarətdir.

Proqrama əsasən Azərbaycan Respublikası üzrə profilaktik peyvənd təqvimi aşağıdakı kimidir:

Sıra№-si

Peyvəndlərin adı

Peyvəndlərin edilməsi vaxtı

1.

Hepatit B

doğulduqdan 12 saat ərzində

2.

BCJ, OPV

4-7-ci gün

3.

GDTHibHepB, OPV, Pk

2 aylıqda

4.

GDTHibHepB, OPV

3 aylıqda

5.

GDTHibHepB, OPV, Pk

4 aylıqda

6.

Pk, İPV

6 aylıqda

7.

QPM, Vitamin A

12 aylıqda

8.

GDT, OPV, Vitamin A

18 aylıqda

9.

QPM, ADT, Vitamin A

6 yaşda

Bizi Twitter-dən izləyin: @trend_az

Məqalədə:
  • peyvənd

Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2467764.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR