Bu gün hava yağıntılı keçəcək (VİDEO)

Bu gün hava yağıntılı keçəcək (VİDEO)
10:56 10 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+

Dekabrın 10-da Bakı və Abşeron yarımadasında gün ərzində hava dəyişkən buludlu keçəcək. Axşama doğru buludluluq artacaq və yağış yağacaq. Havanın temperaturunun gündüz 12 ° isti olacağı ehtimal olunur.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən - Gədəbəy rayonlarında hava buludlu keçəcək. Gündüz saatlarında duman və çiskin olacaq, qərb küləyi arabir güclənəcək. Havanın temperaturunun 11° isti olacağı gözlənilir.

Qərb bölgələr: Qazax, Gəncə, Göranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən buludlu olacaq. Səhər saatlarında da bu bölgələrdə bəzi ərazilərdə zəif duman gözlənilir. Qərb istiqamətindən əsən külək günün ikinci yarsından sonra daha da güclənəcək. Havanın temperaturu isə 13° istini göstərəcək.

Şimal-qərb bölgələri: Balakən, Zaqatala , Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Xaçmaz və Qusar rayonlarında hava dəyişkən buludlu və yağıntılı olacaq. Bu rayonlarda bəzi ərazilərdə qərb istiqamətində əsən küləyin arabir güclənəcəyi ehtimal edilir. Havanın temperaturunun 12° isti olacağı müşahidə olunacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava əsasən buludlu olacaq. Çiskin müşahidə olunacaq. Havanın temperaturu 15° isti olacaq.

Cənub-şərq bölgələr: Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında gündüz hava əsasən yağmursuz olacaq. Bəzi ərazilərdə zəif duman müşahidə olunacaq. Havanın temperaturunun gündüz 14° isti olacağı deyilir.

Naxçıvan Muxtar Respublikasının ərazisində də dəyişkən buludlu olacaq. Səhər saatlarında bəzi ərazilərdə zəif duman müşahidə ediləcək. Temperatur isə 6° istini göstərəcək.



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=111&nid=366917

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR