Azərbaycandan sonra İsrail də Türkiyəni həyəcanlandırdı

Azərbaycandan sonra İsrail də Türkiyəni həyəcanlandırdı
11:41 10 Dekabr 2015
52 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya "Su-24" gərginliyindən sonra təbii qazla təminat məsələsi riskli hala gələn Türkiyə alternativ Türkiyə yeni qaz bazarı axtarışını sürətləndirib. Qətər, Azərbaycandan sonra daha bir sürprizi İsrail edib.

ANS PRESS-in "Hürriyət"ə istinadla verdiyi məlumata görə, getdikcə böyüyən təyyarə gərginliyinə görə Rusiyanın təbii qazı kəsmə ehtimalı Türkiyəni hərəkətə keçirib. Türkləri sevindirən daha bir açıqlama İsrailin baş naziri Binyamin Netanyahudan gəlib.
Netanyahu İsrailin təbii qaz satışı ilə bağlı Ankara ilə görüşlər apardığını deyib. Onun bu açıqlaması “İsrail-Türkiye təbii qaz boru xətti" layihəsini yenidən gündəmə gətirib.
İsrail-Türkiyə arasında bir boru xəttinin inşa edilərək Türkiyəyə qaz satışının reallaşması 5 ildir ki, gündəmdədir. Ancaq iki ölkə arasında yaranmış gərginlik bu layihənin donmasına səbəb olmuşdu. Netanyahunun son açıqlaması isə yenidən ümid yaranmasına səbəb olub.

Söhbət 10 milyard kubmetr qazdan gedir. Bu da Türkiyənin Rusiyadan idxal etdiyi 30 milyard kubmetr qazın 1/3 deməkdir. Amma İsrail qazının Türkiyəyə gəlməsi üçün öncə diplomatik münasibətlərin düzəlməsi lazımdır.

Prezidentin sözçüsü İbrahim Kalın da ötən gün keçirdiyi mətbuat konfransında İsraillə münasibətlərin yaxşılaşdırılması üçün 3 şərtləri olduğunu deyib. "Mavi Marmaraya görə üzr istədilər. Amma ikinci və üçüncü şərtimiz hələ yeinə yetirilməyib. Onlar Marmara üçün təzminatn ödənilməsi və Qəzzaya embarqonun aradan qaldırlmasıdır. Bu şərtlər yeinə yetirilmədikcə İsraillə hər hansı münasibət qurmaq ehtimalı yoxdur".

Yaxın günlərdə prezident Rəcəb Tayyib Ərdoğanın önəmli qaz istehsalçısı olan türkmənistana səfər edəcəyi gözlənilir. Bu səfər zamanı qaz ilə bağlı yeni razılığın əldə ediləcəyi də gözlənilir.

Bir neçə gün öncə Azərbaycan prezidenti İlham Əliyev Bakıda səfərdə olan Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə görüşdən sonra birlikdə mətbuat konfransı keçirib. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, nazir TANAP layihəsindən danışıb. O, bu layihənin qarşılıqlı etibar sayəsində həyata keçirildiyini deyib.

"Layihənin 2018-ci ildən tez bitməsi barədə razılaşmışıq. Gecə gündüz çalışacağıq. TANAP layihəsi Avropa daxilində güclərə də təsir edəcək".
O, TANAP-ın Türkiyədən keçməklə enerji daşınması üçün ən etibarlı yol olduğunu deyib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=366924

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR