​Əfqanıstanda talibanla atışma nəticəsində həyatını itirənlərin sayı 50-yə çatıb

​Əfqanıstanda talibanla atışma nəticəsində həyatını itirənlərin sayı 50-yə çatıb
11:43 10 Dekabr 2015
16 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 10 dekabr. REPORT.AZ/ Terrorçu "Taliban" hərəkatının Əfqanıstanın Qəndəhar şəhərindəki hava limanına basqını nəticəsində 38 mülki şəxs, 10 əsgər və iki polis həlak olub.
"Report" xəbər verir ki, bu haqda "France Press" məlumat yayıb.
Məlumata görə, Əfqanıstan Silahlı Qüvvələri terrorçuların hücumunun qarşısnı alıb.
Bir sutka davam edən döyüş nəticəsində 11 "taliban"çının zərərsizləşdirilib.
İnformasiyaya əsasən, hava limanı NATO bazasının yaxınlığında yerləşir. Atışma nəticəsində bazanın əməkdaşları arasında xəsarət alan olmayıb. 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/efqanistanda-talibanla-atisma-neticesinde-heyatini-itirenler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR