​Azərbaycanda uşaqlara ən çox verilən 50 addan 40-ı ərəb və fars mənşəlidir

​Azərbaycanda uşaqlara ən çox verilən 50 addan 40-ı ərəb və fars mənşəlidir
11:48 10 Dekabr 2015
50 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 10 dekabr. REPORT.AZ/ Son beş ildə Azərbaycanda uşaqlara daha çox Yusif, Zəhra, Nuray, Fatimə, Əli, Hüseyn, Aylin, Ayan, Məhəmməd, Zeynəb, Ömər, Murad, Xədicə, Fidan, Leyla, Məryəm, Gülay, Ayxan, Mədinə, İbrahim, Mələk, Kənan, Nihad, Nəzrin, Tunar, Dəniz, Uğur, Fərid, Aysu, Həsən, İsmayıl, Nərmin, Yağmur, Səma, Emil, Ramal, Ümid, Rəsul, Aydan, Nicat, Ləman, Nigar, Nihat, İnci, Amin, Nurlan, Rəvan, Aytac, Nərgiz, Aysun, Sadiq, Səid, Mehdi, Əsma, Elmir adları verilib.
"Report" Ədliyyə Nazirliyinin məlumatlarına istinadən xəbər verir ki, qeyd olunan 50-dən yuxarı adın əksəriyyəti (41-i) ərəb və fars mənşəli adlardır.
Belə ki, həmin adlardan Yusif, Nuray, Fatimə, Əli, Hüseyn, Məhəmməd, Zeynəb, Ömər, Murad, Xədicə, Leyla, Məryəm, Mədinə, İbrahim, Mələk, Kənan, Nihad, Nəzrin, Fərid, Həsən, İsmayıl, Nərmin, Səma, Emil, Ramal, Rəsul, Nicat, Ləman, Nigar, Nihat, İnci, Amin, Nurlan, Rəvan, Aytac, Nərgiz, Sadiq, Səid, Mehdi, Əsma, Elmir, yəni 40-dan çoxu ərəb və fars mənşəli sözlərdir.
Bu adların arasında çin ( İnci), yəhudi mənşəli adlar da yer alıb. Bir neçə ad isə Azərbaycan sözü ilə ərəb, fars mənşəli sözlərin və ya şəkilçilərin birləşməsi ilə yaranıb.
50-dən yuxarı adın içərisində çox az sayda türk mənşəli adlar yer alıb ki, onların da əksəriyyəti "Ay" sözü ilə başlayır, Tunar, Aysun kimi adların isə ümumiyyətlə, mənası göstərilmir.
Qeyd edək ki, bəzən mənasına əhəmiyyət verilmədən qoyulan adların arasında gözəl mənalı olmaqla yanaşı, həddən artıq mənasız adlar da var.
Məsələn, Nərgiz adı yunanca "narsis" – mat qalmış, şaşqın olmuş mənasını verir. Qədim yunan əfsanəsi ilə bağlı ağ, sarımtıl çiçəkləri olan xoş ətirli gül adıdır.
Bütün Şərq xalqlarında Nərgiz yalnız qadın adı kimi işləndiyi halda, Qərb xalqlarında, həmçinin ruslarda bu ad (Nartsis) kişi adı kimi işlənir.
Düzəltmə ərəb mənşəli Elmir adının mənası isə, "ələmir, ələmirə" sözlərindən olub, "əmirə məxsus olan" deməkdir.
Ərəb mənşəli Rəsmiyyə sözü hökümət tərəfindən verilmiş rəsmi qərar, Namiq yazıçı, katib, Ramal sözü isə fal mənasını verir. Bu cür misalları onlarla göstərmək olar.
Onu da qeyd edək ki, Zəhra sözü fars mənşəli sözdür və od, məcazi mənada igidlik, cəsarət mənasını verir. Həsən sözü isə gözəl, göycək mənalarını verir.
Azərbaycanda ən çox qoyulan adlar arasında yer alan Amin sözü yəhudi mənşəlidir. Mənası isə "Ay Allah, qəbul et" deməkdir.  

Xəbərin orijinal ünvanı: http://report.az/sosial-mudafie/azerbaycanda-usaqlara-en-cox-verilen-50-addan-40-i-ereb-ve-fars-menselidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR