Leyla Yunus özündən azad edildi

Leyla Yunus özündən azad edildi
11:58 10 Dekabr 2015
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Rəsmi qeydiyyata alınmasa da, fəaliyyət göstərdiyi iddia olunan Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus məhkəmə zalından azadlığa buraxılan kimi anasının qəbrini ziyarət etməyə gedib.
L.Yunusun dostu Azad İsazadə deyib: "Leyla Yunus indi çox zəifdir, ona görə də hələlik heç kimlə görüşmək istəmir. O, bir qədər dincəldikdən sonra müsahibə verməyi düşünür".
Leyla Yunus dincəlməkdə ikən bəzi məqamları nəzərdən keçirməyə dəyər.

Məhkəmənin qərarı. Olduğu kimi...

Bakı Apellyasiya Məhkəməsində Sülh və Demokratiya İnstitutunun (SDİ) həbsdə olan direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası dünən davam etdirilmişdi.
Hakim Vüqar Məmmədovun sədrlik etdiyi məhkəmə iclasında Leyla Yunusun şərti olaraq azadlığa buraxılması barədə qərar qəbul olunub. Leyla Yunus məhkəmə zalından azadlığa buraxılıb.

Xatırladım ki, Leyla Yunus Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət), 178.3.2-ci (Dələduzluq (külli miqdarda ziyan vurmaqla törədildikdə)), 192.2.2-ci (Qanunsuz sahibkarlıq (külli miqdarda gəlir əldə etməklə törədildikdə)), 213.2.2-ci ((Vergi ödəməkdən yayınma) külli miqdarda törədildikdə), 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri, Arif Yunus isə 178.3.2-ci (dələduzluq) və 274-cü (Dövlətə xəyanət) maddələri ilə təqsirləndirilirlər. Hər iki şəxsin barəsində olan Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi üzrə cinayət işi ayrı icraata verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 avqust tarixli hökmü ilə Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər. Hökmdə həmçinin onların əmlaklarının müsadirə olunması, bank hesablarındakı vəsaitin alınaraq dövlətin hesabına köçürülməsi öz əksini tapıb.
Apellyasiya Məhkəməsinin noyabrın 12-də keçirilən prosesində həbs-qəti imkan tədbiri dəyişdirilib, ondan başqa yerə getməməklə bağlı iltizam alınıb. Bundan sonra A. Yunus məhkəmə zalından azadlığa buraxılıb.

Bu qədər sadə...

ABŞ-ın ATƏT-dəki nümayəndəsi, ABŞ-da həmçinin Helsinki Komissiyasıı kimi tanınan qrupun rəhbəri, konqresmen Kris Smit Azərbaycanda insan haqları müdafiəçisi Leyla Yunus barədə "vaxtı çoxdan çatmış addım"ın atılmasını salamlayıb.
"Azadlıq Radiosu"nun məlumatına görə, konqresmen Leyla Yunusun məhbusluğunun ev dustaqlığına dəyişdirilməsini bu istiqamətdə yalnız "ilk addım" adlandırıb.


ABŞ konqresmeni Kris Smit Azərbaycanda insan haqları ilə bağlı vəziyyətə ciddi nəzarət edən siyasətçi kimi tanınır.

Avropa alqışlayır

Hüquq müdafiəçisi Leyla Yunusun həbsdən azad edilməsi beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanıb.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) direktoru Maykl Corc Link Leyla Yunusun səhhətində yaranan problemlərlə əlaqədar azadlığa buraxılmasını alqışlayır.

"Leyla Yunusun bu gün azadlığa buraxılması müsbət və çox humanist jestdir. DTİHB insan haqları ilə bağlı məsələlərdə Azərbaycan hakimiyyət nümayəndələri ilə konstruktiv müzakirələri davam etdirməyə hazırdır", - M. Corc bildirib.

Avropa Şurasının Baş katibi Thorbyorn Yaqland Leyla Yunusun azadlığa buraxılması haqda fikirlərini belə ifadə edib: "Leyla Yunusun həbsdən çoxdandır vaxtı çatmış azad edilməsi məni yüngülləşdirdi. Ümid edirəm ki, o indi sağlamlığının tam bərpasına başlaya və bu çətin sınağı arxada qoya biləcək".

Avropa Şurası Parlament Assambleyasının prezidenti Ann Brasser də Twitter hesabında Leyla Yunusun humanitar əsaslarla azadlığa buraxılmasını alqışlayıb.

Səbəb

Əvvəl Arif Yunusun, sonra da Leyla Yunusun azadlığa buraxılmasının səbəbləri arasında Azərbaycan məhkəməsinin yaşlı, sağlamlığı normada olmayan bu insanlara humanist davranışı aşkardır. Təbii, belədir.
Amma Arif və Leyla Yunusların şərti azadlığa buraxılmasının, onların həbsxanadan qurtulmalarının tək, yeganə vəsiləsi kimi məhz humanizmi ön plana çəkmək dürüst deyil.
Haqlarında bəhs etdiyimiz insanların qanunvericiliyi pozmaları, külli miqdarda maliyyə vəsaitini mənimsəmələri istintaq zamanı sübut olunub. Eyni zamanda, Leyla Yunusun "insan haqları müdafiəsi" adı altında sırf siyasi fəaliyyətlə məşğul olması, həmin fəaliyyətin də Azərbaycanın ən müxtəlif təşkilatlarda, müstəvilərdə və zamanlarda az qala "adamyeyən diktatura tərəfindən idarə olunan ölkə" qismində təqdimatı da faktdır.

Həmin faktları sadalamaqla vaxt almağın mənası yoxdur.
Arif və Leyla Yunusların həbslərinin şərti cəza ilə əvəzlənməsi əslində Azərbaycanda fikir plüralizminin, insan haqları və hüquqlarına sayğının, ən başlıcası isə məhkəmə-hüquq sisteminin fərdin mümkün qədər ağır cəzalandırılmasına yox, törədilən əmələ görə konkret cəza ilə kifayətlənərək o fərdin islahına, cəmiyyətə və azmış yoluna dönməsinə şərait yaratmağa yönəlməsidir.
Arif Yunus siyasətçi olduğunu iddia etmirdi, amma danışığı, açıqlamaları, hərəkətləri ilə belə ambisiyasını göstərirdi. Zəif, sakit şəkildə.
Çünki Yunuslar ailəsində başçı Leyla Yunusdu və aparıcı o olduğu üçün, Arif Yunus aparılandır.
Məhz bu səbəbdən də Leyla Yunusun azadlığa buraxılması simvolizm sayıla bilər.
L.Yunus öklə müxalifətinin ən radikal kəsimindəki troqlodit şüurlu, "Vuraq, yıxaq, biz gələcəyik!" hayqırmağı siyasət sayanlardan fərqli olaraq nəyi nə zaman deməyin gərəkdiyini hesablamağa can atan adam, fəndgir şəxsdir. Buna görə də onun azadlığa buraxılması həm də küçə yürüşlərindən siyasi islama tapınmağadək tənəzzül yolu keçən ölkə müxalifətinə mesajdır.

O mesaj ki, müxalifətin elektoral bazasının sadəcə, sosial şəbəkələrdə qəhrəmanlıq edənlərdən, Azərbaycan hakimiyyətinə qarşı "effektiv" mübarizə aparmaq üçün İsrail və İrana eyni vaxta pənah aparmaqdan çəkinməyən fərdlərdən, Rusiya və ABŞ-a meydan oxuyan mətbəx igidlərindən, aksiyalarına 50 nəfər toplayanda bunu az qala Tyananmen meydanındakı izdiham sayan neo-Xudayar bəylərdən və ən nəhayət, "görəsən, ABŞ Dövlət Departamenti indi nə deyəcək?!" məchuluna cavab arayan yeni Novruzəlilərdən ibarət olduğunu acımasızcasına göstərdi.

Leyla Yunusun azadlığa buraxılması bu xanımın "siyasi" fəaliyyəti ilə bahəm, ölkədəki radikal müxalifətin ambisiyalarının da rekviyemi sayıla bilər.
Və ən nəhayət, Leyla Yunusu özündən azad etdilər ki, əvvəlki fəaliyyətinin şərti, alleqorik olduğunu indiki şərti cəzasıyla anlasın.

Çılğın şüarlar, aşkar yalanları həqiqət kimi cəmiyyətə sırımaq, vətəndaşları asan idarə olunan kütlənin hissələri sayaraq onları kənardan alınan təlimatlara uyğun idarə etmək cəhdləri, ən nəhayət, tam fiaskoya uğramış və ideoloji baxımdan tükənmiş müxalifətin hakimiyyət yanğısına maddi dəstək vermək üçün iqtidara qarşı absurd iddialarla çıxış etmək - bütün bunlar siyasi qavroşluq, intellektual elita kimi davranmaq istəyib əslində lümpenlik etməkdir.
Arif və Leyla Yunuslara normal təfəkkür sərgiləyib irreal tələblərdən, siyasi Şarnikovluqdan qurtulmaları üçün daha bir şans verilib.
Onların həmin şansı dəyərləndirmələri, xülyalar aləmindən reallığa qayıtma sürəyi isə özlərindən asılıdır.

Orxan Hun
MilliAz

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

"Kəpəz" - "Qəbələ" matçının yeri dəyişdirilib

26 Sentyabr 2017 22:22

Türkiyədə bina çökdü - Ölən və yaralanan var

26 Sentyabr 2017 22:18

Referendumun təşkilatçıları əməllərinə görə cavab verəcəklər -

26 Sentyabr 2017 22:15

ABŞ-dan Pxenyana qarşı əlavə sanksiyalar

26 Sentyabr 2017 22:14

İranda "Telegram" messencerinin yaradıcısına qarşı cinayət işi açılıb

26 Sentyabr 2017 22:12

Azərbaycan Türkiyədə traktor istehsal edəcək

26 Sentyabr 2017 22:03

Filippin prezidentini qətlə yetirmək istədilər -

26 Sentyabr 2017 22:00

“Adamyeyənlər ət satışı üçün yer axtarırdılar” - Hanniballar ailəsi barədə ŞOK DETALLAR

26 Sentyabr 2017 21:53

Azərbaycan Türkiyədə traktor istehsal edəcək

26 Sentyabr 2017 21:50

Türkiyə ordusu İraqla sərhəddə hərbi təlimləri genişləndirib

26 Sentyabr 2017 21:44

İran sərhədlərini gücləndirir

26 Sentyabr 2017 21:38

Meksika təbii fəlakətlə əlaqədar göstərdiyi dəstək və həmrəyliyə görə Azərbaycana minnətdarlıq edib

26 Sentyabr 2017 21:37

Bağdad kürd muxtariyyətinə üç gün vaxt verdi

26 Sentyabr 2017 21:34

Türkiyəli jurnalist Qurban Qurbanova hədiyyə verdi

26 Sentyabr 2017 21:28

Rusiya İraqın ərazi bütövlüyünün tərəfdarıdır -

26 Sentyabr 2017 21:28

Şimali koreyalı futbolçunu ağladan qadağa

26 Sentyabr 2017 21:19

İraq kürd muxtariyyətinə 3 gün vaxt verdi

26 Sentyabr 2017 21:14

Deputat həmkarını iclas zamanı nokauta saldı - FOTO

26 Sentyabr 2017 21:13

BƏƏ mütəxəssisləri Heydər Əliyev hava limanının əməkdaşlarına təlimlər keçir

26 Sentyabr 2017 21:12

"Facebook" rəsmən xəbərdar edildi -

26 Sentyabr 2017 21:10

ABŞ Senatının komitəsi Con Hantsmanın Amerikanın Rusiyadakı səfiri vəzifəsinə namizədliyini təsdiqləyib

26 Sentyabr 2017 21:02

Səudiyyə kralından tarixi qərar

26 Sentyabr 2017 20:58

Pentaqon rəhbəri Hindistana səfər edib

26 Sentyabr 2017 20:50

Bakıda pulsuz vayfay olan ərazilər genişləndi - TAM SİYAHI

26 Sentyabr 2017 20:48

Türkiyə XİN başçısı: “Bundan sonra Türkiyəyə gəlmə, Bağdadda görüşəcəyik”

26 Sentyabr 2017 20:47

Bakıda pulsuz "Wi-Fi" olan ərazilər genişləndi -

26 Sentyabr 2017 20:41

İsveçdə tank qatarla toqquşub

26 Sentyabr 2017 20:37

17 il həbs cəzası alan şəxsin şikayətinə baxılır

26 Sentyabr 2017 20:34

Bərzaniyə 3 gün vaxt VERİLDİ

26 Sentyabr 2017 20:33

"Roma" Bakı Olimpiya Stadionunda məşq edib

26 Sentyabr 2017 20:30

Qazax və Şəkidə gənclər üçün təlimlər keçirilib

26 Sentyabr 2017 20:27

İran qərb sərhədlərində mühafizəni gücləndirir

26 Sentyabr 2017 20:24

1 milyon manatlıq dələduzluqda təqsirləndirilən qadın barəsində yenidən ekspertiza təyin edilib

26 Sentyabr 2017 20:24

İraq hökuməti ölkənin şimalındakı kürd muxtar bölgəsinə üç gün möhlət verib

26 Sentyabr 2017 20:22

"Roma"nın futbolçusu: "Uduzmağa gəlməmişik"

26 Sentyabr 2017 20:17

"Roma" Bakı Olimpiya Stadionunda - FOTOSESSİYA

26 Sentyabr 2017 20:08

Bakı-Tbilisi-Qars dəmir yolu üzrə işçi qrupun görüşü keçiriləcək

26 Sentyabr 2017 20:07

Bakıda "gay"lara qarşı irimiqyaslı reyd keçirildi -

26 Sentyabr 2017 20:04

Əraziləri qaytarmaq üçün Putindən ŞƏRT, Ağ Evdə MƏXFİ GÖRÜŞ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

26 Sentyabr 2017 20:03

"Qarabağ"a böyük hörmətim var -

26 Sentyabr 2017 20:01

Kukla Teatrında “Sehrli dünya” adlı tamaşa-konsert təqdim olunacaq

26 Sentyabr 2017 19:52

Juan Jezus: "Bakıya uduzmağa gəlməmişik"

26 Sentyabr 2017 19:47

"Qarabağ" "Roma" üçün ciddi rəqibdi" - Marko Tardelli

26 Sentyabr 2017 19:47

Putin Hava Kosmik Qüvvələrinin baş komandanını qovub

26 Sentyabr 2017 19:45

ATƏT nümayəndəsindən Qarabağ açıqlaması

26 Sentyabr 2017 19:43

Beynəlxalq ekoloji aksiya çərçivəsində Mərdəkan çimərliyi tullantılardan təmizlənib

26 Sentyabr 2017 19:37

Tovuzda kanala aşan avtomobilin sürücüsü komaya düşdü

26 Sentyabr 2017 19:36

“Qarabağ”a böyük hörmətim var” - "Roma"nın baş məşqçisi

26 Sentyabr 2017 19:34

Gəncədə qız üstündə 2 nəfər bıçaqlandı

26 Sentyabr 2017 19:33

ATV-nin keçmiş vitse-prezidenti həbs olunub? -

26 Sentyabr 2017 19:28