Günay efirə qayıdır: "Geriyə baxanda"

Günay efirə qayıdır:  "Geriyə baxanda"
12:07 10 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

ATV-nin aparıcısı Günay Firudinqızı uzun fasilədən sonra efirə qayıdır.

Axşam.az-ın məlumatına görə, aparıcının yeni layihəsi “Geriyə baxanda” adlanır.

Layihəsindən danışan G.Firudinqızı təəssüratlarını bölüşüb:

“Uzun müddətdir ki, bu verilişi hazırlayırdım. İllərdir ürəyimdə qalan sualları istədiyim insanlara vermə imkanım oldu. Azərbaycan incəsənətində əməyi olan sənətkarlar, dəyərli insanlar qonağım olacaq. Elə insanları verilişə dəvət edəcəm ki, tamaşaçı ondan nəsə öyrənə bilsin. İlk qonağım xalq artisti Alim Qasımovdur. Çox maraqlı söhbətimiz alındı. Bu verilişlə həyatımda yeni səhifə açıldı”.

Qeyd edək ki, “Geriyə baxanda” həftənin bazar günü saat 10:00-da ATV-də efirə gedəcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR