Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının V plenumu keçirilir

12:18 10 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 dekabr, AZƏRTAC
Dekabrın 10-da Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının V plenumu işə başlayıb.
Plenumda dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, təşkilatın üzvləri və veteranlar iştirak edib.
AZƏRTAC xəbər verir ki, plenum iştirakçıları əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, şəhidlərimizin, dünyasını dəyişmiş veteranların və dekabrın 4-də “Günəşli” dəniz neft yatağındakı platformada baş vermiş qəzada həlak olmuş neftçilərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra təşkilati məsələlərə baxılıb.
Respublika Veteranlar Təşkilatının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev hesabat məruzəsi ilə çıxış edib.
Ümummilli lider Heydər Əliyevin veteranlara daim diqqət və qayğı göstərdiyini vurğulayan məruzəçi bu ənənənin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Qeyd edilib ki, hesabat dövründə təşkilatın nüfuzunun yüksəldilməsi, veteran təşkilatlarının ictimai həyatda fəallığının artırılması istiqamətində mühüm addımlar atılıb. Veteranların sosial problemlərinin həlli onların fəallığının artmasına, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsində daha yaxından iştirakına müsbət təsir göstərib.
D.Rzayev bu diqqət və qayğıya görə veteranlar adından dövlətimizin başçısına minnətdarlığını bildirib.
Plenum işini gündəlikdəki məsələlərin müzakirəsi ilə davam etdirib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Muharibe_Amek_ve_Silahli_Quvveler_Veteranlari_Teskilatinin_V_plenumu_kechirilir-909933

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR