Auditorlar Palatasının sədri ADİU-nun magistrantlarına ustad dərsi keçib

12:19 10 Dekabr 2015
16 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 dekabr, AZƏRTAC 
Auditorlar Palatasının sədri, professor Vahid Novruzov Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) mühasibat uçotu və audit ixtisası üzrə təhsil alan birinci kurs magistrantlarına ustad dərsi keçib.
ADİU-dan AZƏRTAC-a bildiriblər ki, ustad dərsində V.Novruzov magistrantları uçot və auditlə bağlı nəzəri-praktik problemlərlə, habelə Auditorlar Palatasının həyata keçirdiyi tədbirlərlə tanış edib.
Auditorlar Palatasının sədri dünya maliyyə böhranı şəraitində beynəlxalq və milli audit təşkilatlarının vəzifələri, fəaliyyət istiqamətləri və digər məsələlər barədə danışıb.
Sonda müzakirələrdə fəal iştirak edən magistrantlara audit xidməti ilə bağlı kitablar hədiyyə olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR