Cüdo üzrə çempion Suriyada həlak oldu

Cüdo üzrə çempion Suriyada həlak oldu
12:32 10 Dekabr 2015
74 Digər
Ölkə mətbuatı
A- A+

Cüdo üzrə İran çempionu Mustafa Şeyxülislami Suriyada müqəddəs məkanların müdafiəsi zamanı öldürülüb.

APA-nın İran bürosunun "Fars" agentliyinə istinadən verdiyi məlumata görə, M. Şeyxülislami İranın cüdo üzrə milli komandasının üzvü olub.

M. Şeyxülislami Suriyada öldürülən ilk iranlı idmançıdır. Onun dəfn mərasimi bu gün İranın Çalus şəhərində keçiriləcək.

Qeyd edək ki, ötən gün İran saytları Suriyada öldürülən 7 iranlının Qum şəhərində dəfn olunduğu barədə məlumat yayıb. Onların kimliyi və Suriyanın hansı bölgəsində öldürüldüyü açıqlanmır. Təkcə qeyd olunur ki, həmin şəxslər İŞİD terror qruplaşması ilə qarşıdurmalarda öldürülüblər.

Xatırladaq ki, son aylarda İran İslam İnqilabı Keşikçilər Korpusunun Suriyada 50-dən çox zabiti və əsgəri həlak olub.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR