İtkin düşən neftçilərin genişmiqyaslı axtarışına başlanılıb

İtkin düşən neftçilərin genişmiqyaslı axtarışına başlanılıb
12:37 10 Dekabr 2015
142 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 10 dekabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzada itkin düşən 23 nəfərin və "Neft daşları" yatağında itkin düşən 3 nəfərin axtarışı davam etdirilir.
"Azneft" İstehsalat Birliyindən "Report"a verilən məlumata görə, bu gün genişmiqyaslı axtarışlara başlanılıb.
Bütün sərhədboyu ərazilər daxil olmaqla axtarışlar aparılır.
Hazırda Dövlət Sərhəd Xidmətinin (DSX) 7 gəmisi, 6 helikopteri, Fövqəladə Hallar Nazirliyinin (FHN) 2 gəmi və 2 helikopteri axtarışı həyata keçirir.
"Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündəki 4 qaz quyusundakı yanğının söndürülməsi ilə isə 5 gəmi məşğuldur.

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/i-tkin-dusen-neftcilerin-genismiqyasli-axtarisina-baslanilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR