Bakıda oğurluqla məşğul olan 2 dəstə zərərsizləşdirildi

Bakıda oğurluqla məşğul olan 2 dəstə zərərsizləşdirildi
12:40 10 Dekabr 2015
38 Ölkə
Ölkə mətbuatı
A- A+

Dəstə üzvləri arasında qadınlar da var

Azərbaycanda oğurluqla məşğul olan bir neçə nəfər tutulub. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, dekabrın 9-na keçən gecə Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində yaşayan Şahin Həsənovun evindən 500 manat və qızıl üzük oğurlanıb.

 

Sabunçu RPİ 15-ci PB və Çevik Polis Alayı əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş İsmət Məmmədov, Abşeron rayon sakini Arzu Babayeva, Bakı şəhər sakini Ceyhun Hüseynov, Gəncə şəhər sakinləri Sahib Abdullayev və qardaşı Elmir tutulub.

 

Bundan başqa Sabunçu RPİ 14-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 8-də Münəvvər Əliyevanın və Hicran Məmmədovanın evlərindən oğurluq etmiş qrupun digər üzvləri - Bakı şəhər sakinləri İlhamə Babayeva, Ədalət Həsənov və Xaliq Sadıqov tutulub.

 

Araşdırmalar davam etdirilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224665

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR