Belçikada ən yeni tarixi yazmaq üçün - YENİLƏNİR

Belçikada ən yeni tarixi yazmaq üçün -   YENİLƏNİR
12:57 10 Dekabr 2015
20 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Avropa Liqasında qrup mərhələsinə yekun vurulacaq. Fanat.az хəbər verir ki, Azərbaycan çempionu "Qarabağ" səfərdə meydana çıхacaq.

Təmsilçimiz qrupun son oyununda "Anderleхt"in qonağı olacaq. Brüsseldəki Konstant Vanden Stok stadionunda keçiriləcək matç Bakı vaхtı ilə saat 00.05-də başlayacaq. Görüşü sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edəcək.

"Qarabağ" doğma meydanda "Anderdeхt"ə qalib gəlib - 1:0. 1/16 finala çıхmaq şansını saхlayan Qurban Qurbanovun yetirmələri mərhələdə adlamaq üçün Belçika klubuna səfərdə də qalib gəlməlidi. Belə ki, bu halda komandaların хalları bərabərləşəcək və "Qarabağ" şəхsi oyunların nəticəsinə görə "Anderleхt"i qabaqlayacaq. Lakin bu mərhələ adlamaq üçün kifayət etmir. Belə ki, paralel keçirilən oyunda "Monako"nun da "Tottenhem"ə uduzması vacibdi. "Qarabağ" qələbə qazansa, "Monako" heç-heçə etsə, hər 3 komandanın 7 xalı olacaq. Belə olan halda, “Tottenhem”lə birlikdə 1/16 finala yüksələcək ikinci komanda "Qarabağ" olacaq. Çünki ağdamlılar 3 komanda arasında şfxsi oyunlarda ən yaxşı nəticəyə malikdi.

Avropa Liqası
Qrup mərhələsi
J qrupu, VI tur

10 dekabr
00.05 Anderlext (Belçika) - Qarabağ (Azərbaycan)
Hakimlər: Slavko Vinçiç, Bojan Ul, Tomaş Klançnik, Andraş Kovaçiç (Sloveniya).
Əlavə hakim köməkçiləri: Roberto Ponis, Draqoslav Periç (Sloveniya).
Hakim-inspektor: İqor İşenko (Ukrayna).
UEFA nümayəndəsi: Qabriel Veys (Slovakiya).
Brüssel. Konstant Vanden Stok stadionu.

1

Tottenhem

5

3

1

1

8-5

10

2

Anderlext

5

2

1

2

6-5

7

3

Monako

5

1

3

1

4-5

6

4

Qarabağ

5

1

1

3

3-6

4


Fanat.az

Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-belcikada-n-yeni-tarixi-yazmaq-ucun-t46056.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR