Rusiya Azərbaycan gömrüyünü nəzarətə götürür

Rusiya Azərbaycan gömrüyünü nəzarətə götürür
13:01 10 Dekabr 2015
40 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın dövlət qurumları Azərbaycan və Qazaxıstandan təkrar ixrac edilə bilən məhsullara nəzarəti gücləndirəcək. Təkrar ixrac edilə bilən məhsullar deyildikdə, başqa dövlətlərə satış üçün bir ölkəyə gətirilən məhsullar nəzərdə tutulur.

ANS PRESS-in məlumatına görə, Rusiyada bu işi Kənd Təsərrüfatı Nazirliyi, Federal Gömrük Xidməti və Rusiya İstehlakçılarının Hüquqlarının Müdafiəsinə Nəzarət Xidməti görəcək.

Belə bir qərarın verilməsində məqsəd isə Türkiyə məhsullarının birbaşa deyil, dolayı yolla - başqa ölkələr vasitəsilə Rusiya bazarına daxil edilməsinin qarşısını almaqdır.

Rusiyanın Ailə, Uşaq və Analara Dəstək Komissiyasının sədrinin birinci müavini Pavel Sıçev bu haqda bəzi məlumatlara sahib olduğunu bildirib.


Pavel Sıçev - Rusiyanın Ailə, Uşaq və Analara Dəstək Komissiyasının sədrinin birinci müavini


"Bizdə məlumat var ki, bəzi türk şirkətləri öz məhsullarının Rusiyaya tədarükünü qoruyub saxlamaq üçün embarqodan yan keçməklə əlavə yollar axtarırlar. Qazaxıstan həmin ölkələrdən biri ola bilər. Çünki o, Türkiyəyə Rusiya ilə sərhədləri açıq olan ən yaxın AİB (Avrasiya İqtisadi Birliyi) ölkələrindən biridir. Eyni zamanda türk biznesi üçün ən əlverişli tərəfdaşlardan biri də Azərbaycandır", - deyən Pavel Sıçev Türiyənin hər iki ölkə ilə sıx dövlət və işgüzar əlaqələri olduğunu vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan türk məhsullarının təkrar ixaracatçısı olduğu halda bu, ona bir çox üstünlüklər qazandırır.

Azərbaycan türk tərəvəz və meyvələrini öz sərhədlərindən Rusiya bazarına daxil edərsə, bu, Azərbaycana Rusiyada öz bazarını genişləndirməyə imkan verəcək.



"Bunun üçün müxtəlif üsullar var - türk məhsulları Azərbaycanda yenidən qablaşdırılaraq, saxta sertifikatlarla Rusiyaya keçirilə bilər", - deyə Pavel Sıçev əlavə edib.

2015-ci ilin 9 ay ərzində Qazaxıstandan Rusiyaya 3,5 milyon dollar dəyərində 15,6 min ton tərəvəz, Azərbaycandan isə 79,5 milyon dollar dəyərində 108,5 min ton tərəvəz ixrac edilib.

2014-cü ilin eyni dövründə Qazaxıstandan Rusiyaya 4 milyon dollar dəyərində 13,9 min ton tərəvəz, Azərbaycandan isə 89 milyon dollar dəyərində 108,9 min ton tərəvəz göndərilib.


Azərbaycan və Qazaxıstandan Rusiyaya ixrac edilən məhsulların dəyəri (milyon ABŞ dolları)


Rusiyanın belə bir qərar qəbul etməsinə səbəb Türkiyə ilə münasibətlərinin kəskin pisləşməsidir. Türkiyə hərbçiləri Rusiyanın SU-24 hərbi təyyarəsini vurandan sonra Vladimir Putin Türkiyəyə qarşı iqtisadi sanksiyaların tətbiq edilməsi haqqında sərəncam imzalayıb.

Beləliklə, Türkiyə kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracı qadağan edilib. Həmin siyahıda meyvə və tərəvəzlər, qərənfil, toyuq və hinduşka əti və onlardan hazırlanan qida məhsulları, xörək duzunun adı qeyd edilib.

Eyni zamanda Türkiyədəki tələbələr Rusiyaya geri çağırılıb, turizm agentliklərinə Türkiyəyə biletlərin satışı qadağan edilib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=366922

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR