Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu
13:06 10 Dekabr 2015
29 Şou
Ölkə mətbuatı
A- A+

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axşam.az-a verilən məlumata görə, yarımadanın bəzi yerlərində yağış yağacağı, zəif duman olacağı ehtimalı var.

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 9-12, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında dekabrın 11-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq rayonlarında havanın yağıntılı olacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42246

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR