Amerikada azərbaycanlılar etiraz aksiyası keçirib (VİDEO)

Amerikada azərbaycanlılar etiraz aksiyası keçirib (VİDEO)
13:11 10 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ Konqresində qondarma Dağlıq Qarabağ rejiminin separatçı rəhbərləri yığışaraq, Azərbaycan əleyhinə toplantı keçiriblər.

ANS PRESS-in xəbərinə görə, bu toplantıya etiraz olaraq, Birləşmiş Ştatlarda yaşayan azərbaycanlılar konqres önünə toplaşaraq, həm konqresə, həm də Ermənistana etiraz ediblər. Azərbaycanlılar Amerika rəhbərliyinə səslənərək, terrorçu siyasəti tutan Ermənistanın Dağlıq Qarabağ adına Konqresdə toplantı keçirməsinə etirazlarını bildiriblər.

Aksiya iştirakçısı Cəlil İkram ANS PRESS-ə bildirib ki, ABŞ konqresmenlərinin Ermənistanda olan rus bazalarının çıxarılmasını müzakirə etmələri, terrorçuları bura dəvət edib onlarla çay içmələrindən daha faydalı olar. Digər aksiya iştirakçısı Nigar Ağayeva da işğalçı, cinayətkar olan ermənilərin konqresdə müzakirələr aparmasına etirazını bildirdi.

Ermənistan rəsmiləri Dağlıq Qarabağ adına təşkil edələn toplantıya qatılmaqla işğalçı olduqlarını bir daha göstərmiş oldular. Onların əraziyə cəlişi də həmvətənlərimiz tərfindən adekvat qarşılanırdı. Aksiyada "Ermənistan sən terrorçusan", " Azərbaycan torpaqlarından rədd olun" kimi şüarlar səsləndirilib.

Aksiya zamanı erməni qadın ANS PRESS əməkdaşına yaxınlaşaraq "Siz Ermənistandan nə istəyirsiz? Qarabağdakılar sizinlə birlikdə yaşamaq istəmir" deyərək azərbaycanlıları təxribata da çəkməyə cəhd göstərib. Aksiya bir saat davam edib.




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366929

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR