"Neftçilərin bəziləri dənizdə işləmək istəməyəcəklər"

"Neftçilərin bəziləri dənizdə işləmək istəməyəcəklər"
13:12 10 Dekabr 2015
102 Digər
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində ambulator müalicəyə buraxılan neftçilərdən 3-ü dekabrın 9-da yenidən Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.

Xəstələrin şikayəti əsasən psixi pozuntularla bağlıdır. Bundan əlavə, neftçilər yuxu pozuntusu yaşadıqlarını və yuxuda dəniz gördüklərini bildiriblər.

Psixoloq Dəyanət Rzayev AzNews.az-a açıqlamasında bildirib ki, "Günəşli" yatağında baş verən hadisə hələ uzun müddət neftçilərin həyat tərzinə təsir edəcək: "Əsasən gecələr yuxu pozğunluğu, əsəb xəstəliyindən əziyyət çəkəcəklər. Bu hadisə onların həyat keyfiyyətində, insanlarla münasibətində öz əksini tapacaq. Ən pisi odur ki, həmin hadisənin iştirakçılarından bəziləri həyata uyğunlaşacaq, bəziləri isə uyğunlaşa bilməyəcəklər. Hətta aralarında bəziləri də olacaq ki, onlar dənizə belə çıxmağa qorxacaq, işləmək istəməyəcəklər".

D.Rzayev onu da qeyd edib ki, hadisənin iştirakçıları ilə psixoloqlar işləməlidirlər: "Ölümlə üzbəüz gələn insanlardır. Təbii ki, onlarla mütəxəssislərin işləməsi şərtdir. Hadisənin canlı iştirakçısı olmuş, o şoku yaşamış hər kəs psixoloji müalicə almalıdır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/389177.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR