​Avropa Liqasında qrup mərhələsinə yekun vurulacaq

​Avropa Liqasında qrup mərhələsinə yekun vurulacaq
13:12 10 Dekabr 2015
39 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 10 dekabr. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa Liqasının qrup mərhələsində VI turun oyunları keçiriləcək. "Report"un məlumatına görə, bu mərhələyə 12 qrupda baş tutacaq 24 oyunla yekun vurulacaq.
Artıq bir neçə komanda növbət mərhələyə vəsiqəni təmin edib. A qrupunda "Molde" (Norveç), B qrupunda "Liverpul" (İngiltərə), "Qəbələ"nin mübarizə apardığı C qrupunda "Krasnodar" (Rusiya) və "Borussiya" (Dortmund, Almaniya), D qrupunda "Napoli" (İtaliya), E qrupunda "Vilyarreal" (İspaniya) və "Rapid" (Avstriya), F qrupunda "Braqa" (Portuqaliya), G qrupunda "Latsio" (İtaliya) və "St-Etyen" (Fransa), İ qrupunda "Bazel" (İsveçrə), "Qarabağ"ın çıxış etdiyi J qrupunda "Tottenhem" (İngiltərə), K qrupunda "Şalke" (Almaniya) və "Sparta" (Praqa, Çexiya) və L qrupunda "Atletik" (Bilbao, İspaniya) komandaları Avropa Liqasında yoluna davam edəcək.
Türkiyənin "Fənərbağça" klubunun mübarizə apardığı A qrupunda 1/16 finala vəsiqəni hələlik İsveçin "Mölde" komandası təmin edib. İkinci vəsiqəyə sahib çıxmaqdan ötrü "sarı-lacivərdlilər" İstanbulda Şotlandiya "Seltik"i ilə oyundan ən azı 1 xalla ayrılmalıdırlar. Belə olan halda "Fənərbağça" üçün avrokubok mövsümü davam edəcək. 
"Beşiktaş"ın çıxış etdiyi H qrupunda isə hər iki vəsiqə sahiblərini gözləyir. Portuqaliyanın paytaxtı Lissabonda "Sportinq"in qonağı olacaq "qara qartallar"a qrupdan çıxmaq üçün 1 xal da kifayət edir. Qrupun autsayderi "Skenderbeu" isə Albaniyada Rusiya "Lokomotiv"i ilə qarşılaşacaq. Qələbə sayəsində yoluna davam edəcək Moskva klubu Lissabondakı oyunun hesabından asılı olaraq heç-heçə və məğlubiyyət nəticəsində də növbəti mərhələyə vəsiqəni təmin edə bilər.
A qrupu
22:00. "Fənərbağça" (Türkiyə) - "Seltik" (Şotlandiya)
22:00. "Ayaks" (Hollandiya) - "Molde" (Norveç)
Xal durumu: "Molde" - 10. "Fənərbağça" - 8. "Ayaks" - 6. "Seltik" - 2.
B qrupu
22:00. "Bordo" (Fransa) - "Rubin" (Rusiya)
22:00. "Syon" (İsveçrə) - "Liverpul" (İngiltərə)
Xal durumu: "Liverpul" - 9. "Syon" - 8. "Rubin" - 5. "Bordo" - 3.
C qrupu
22:00. "Qəbələ" (Azərbaycan) - "Krasnodar" (Rusiya)
22:00. "Borussiya" (Dortmund, Almaniya) - PAOK (Yunanıstan)
Xal durumu: "Krasnodar" - 10. "Borussiya" - 10. PAOK - 4. "Qəbələ" - 2.
D qrupu
22:00. "Mityulland" (Danimarka) - "Brügge" (Belçika)
22:00. "Napoli" (İtaliya) - "Legiya" (Polşa)
Xal durumu: "Napoli" - 15. "Mityullannd" - 6. "Brügge" - 4. "Legiya" - 4.
E qrupu
22:00. "Rapid" (Avstriya) - "Dinamo" (Minsk, Belarus)
22:00. "Viktoriya" (Çexiya) - "Vilyarreal" (İspaniya)
Xal durumu: "Vilyarreal" - 12. "Rapid" - 12. "Viktoriya" - 3. "Dinamo" - 3.
F qrupu
22:00. "Liberets" (Çexiya) - "Marsel" (Fransa)
22:00. "Qroningen" (Hollandiya) - "Braqa" (Portuqaliya)
Xal durumu: "Braqa" - 12. "Marsel" - 9. "Liberets" - 7. "Qroningen" - 1.
G qrupu
00:05. "Dnepr" (Ukrayna) - "Rosenburq" (Norveç)
00:05. "St-Etyen" (Fransa) - "Latsio" (İtaliya)
Xal durumu: "Latsio" - 12. "St-Etyen" - 8. "Dnepr" - 4. "Rosenburq" - 2.
H qrupu
00:05. "Sportinq" (Portuqaliya) - "Beşiktaş" (Türkiyə)
00:05. "Skenderbeu" (Albaniya) - "Lokomotiv" (Moskva, Rusiya)
Xal durumu: "Beşiktaş" - 9. "Lokomotiv" - 8. "Sportinq" - 7. "Skenderbeu" - 3.
İ qrupu
00:05. "Fiorentina" (taliya) - "Belenensiş" (Portuqaliya)
00:05. "Lex" (Polşa) - "Basel" (İsveçrə)
Xal durumu: "Bazel" - 10. "Fiorentina" - 7. "Lex" - 5. "Belenensiş" - 5.
J qrupu
00:05. "Anderlext" (Belçika) - "Qarabağ" (Azərbaycan)
00:05. "Tottenhem" (İngiltərə) - "Monako" (Fransa)
Xal durumu: "Tottenhem" - 10. "Anderlext" - 7. "Monako" - 6. "Qarabağ" - 4.
K qrupu
00:05. APOEL (Kipr) - "Sparta" (Praqa, Çexiya)
00:05. "Asteras" (Yunanıstan) - "Şalke" (Almaniya)
Xal durumu: "Şalke" - 11. "Sparta" - 9. "Asteras" - 4. APOEL - 3.
L qrupu
00:05. "Partizan" (Serbiya) - "Auqsburq" (Almaniya)
00:05. "Atletik" (Bilbao, İspaniya) - AZ (Hollandiya)
Xal durumu: "Atletik" - 12. "Partizan" - 9. "Auqsburq" - 6. AZ - 3. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR