Beynəlxalq reytinq siyahısında Azərbaycanın doqquz qadın güləşçisi yer alıb

Beynəlxalq reytinq siyahısında Azərbaycanın doqquz qadın güləşçisi yer alıb
13:13 10 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 dekabr, AZƏRTAC 
Dünya Güləş Birliyi 2015-ci ilin noyabrında keçirilən yarışların nəticəsinə əsasən, qadın güləşi üzrə yeni beynəlxalq reytinq siyahısını açıqlayıb.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildiriblər ki, qadın güləşçilərin reytinq sıralamasında 9 təmsilçimizin adı var.
Bakıda keçirilmiş ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsində gümüş medal qazanan Nataliya Sinişin (55 kq) 4 pillə irəliləyərək reytinqdə 7-ci sırada qərarlaşıb. Turnirdə 60 kiloqram çəki dərəcəsində mübarizə aparan İrina Netreba bir pillə irəliləyərək 4-cü sıraya yüksəlib. Son dünya çempionatının gümüş medalçısı Mariya Stadnik (48 kq) reytinq siyahısında ikinciliyini qoruyub. İki güləşçimiz - Anjela Doroqan (53 kq, 6-cı yer) və Nadya Muşka (63 kq, 14-cü yer) mövqeyi dəyişməz qalıb. Dünya çempionatının bürünc medalçısı Yuliya Ratkeviç (58 kq) 2 pillə geriləyərək 6-cı yerdə qərarlaşıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Beynelxalq_reytinq_siyahisinda_Azerbaycanin_doqquz_qadin_guleschisi_yer_alib-909953

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR