Azərbaycandan EPEG üzrə İran istiqamətində ötürülən beynəlxalq trafikin həcmi gələn il artacaq

Azərbaycandan EPEG üzrə İran istiqamətində ötürülən beynəlxalq trafikin həcmi gələn il artacaq
13:21 10 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

“Avropa-Yaxın Şərq informasiya magistralı” (Europe Persia Express Gateway - EPEG) üzrə İran istiqamətində ötürülən beynəlxalq trafikin həcmi gələn il artırılacaq.
 
“Delta Telecom” şirkətinin baş direktoru Ramazan Vəliyevin “ICTnews” elektron xəbər xidmətinə verdiyi məlumata əsasən, ABŞ tərəfindən İrana qarşı tətbiq edilən sanksiyalar götürüldükdən sonra layihə çərçivəsində artıq tələb olunan avadanlıqlar alınıb.
 
“Bir neçə ildir ki, İran EPEG-in ona məxsus olan seqmentini tələb olunan səviyyədə təşkil etməkdə çətinlik çəkirdi, çünki tətbiq edilən sanksiyalar yeni müasir telekommunikasiya avadanlıqlarının alınmasına icazə vermirdi. Sanksiyaların götürülməsi nəticəsində, bu gün İranda “Alcatel Lucent” şirkəti tərəfindən tələb olunan avadanlıqların quraşdırılması üzrə işlər gedir, kabel magistralının bu seqmenti   yenilənir və magistralın alternativ istiqaməti gələn ilin birinci rübündə tam gücü ilə işləməyə başlayacaq”, - deyə o bildirib.
 
R. Vəliyevin sözlərinə əsasən, bu gün Azərbaycan EPEG magistralı üzərindən 700 GB trafik ötürür.
 
EPEG layihəsi Almaniyadan Omana qədər çox böyüktutumlu rabitə kanallarının Asiya ölkələrinə çatdırılmasının təmin edilməsini nəzərdə tutur. Bu marşrut Avropadan Asiyaya olan dənizaltı rabitə kanallarından ən qısasıdır. Azərbaycan bu layihədə tranzit ölkə kimi həm əsas, həm də ehtiyat marşrut olaraq seçilib.
Ölkəmizi  bu Konsorsiumda "Delta Telekom" şirkəti təmsil edir.
 
Aynur Vəliyeva
 
 
 


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-40261-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR