AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı qızıl medala layiq görülüb

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı qızıl medala layiq görülüb
13:23 10 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 dekabr, AZƏRTAC 
Azərbaycan Milli Elmlər Akademiyası İdarəetmə Sistemləri İnstitutunun intellektual sistemlər laboratoriyasının rəhbəri, riyaziyyat üzrə fəlsəfə doktoru Gülçin Abdullayeva “Avropa Nəşr Mətbuat Evi” mükafat komissiyasının qərarına əsasən “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” qızıl medalı ilə təltif olunub.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, G.Abdullayeva bu mükafata milli mənəvi dəyərlərimizin qorunmasında, istedadlı gənc alimlərin hazırlanmasında səmərəli fəaliyyətinə, diaqnostika, monitorinq, intellektual informasiya sistemlərinin işlənməsi, xalq təsərrüfatının müxtəlif sahələrindəki uğurlu tədqiqatlarına və geologiya tarixində göstərdiyi əvəzsiz xidmətlərə görə layiq görülüb.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/AMEA_nin_Idareetme_Sistemleri_Institutunun_emekdasi_qizil_medala_layiq_gorulub-909956

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR