Dörd aptek bağlandı

Dörd aptek bağlandı
13:37 10 Dekabr 2015
18 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycanda bu il ərzində 113 aptekdə reydlər aparılıb, nəticədə 4 aptekin qanunsuz fəaliyyəti faktı aşkarlanıb və onların fəaliyyəti dayandırılıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin direktoru Murad Süleymanov bildirib ki, qeydiyyatsız dərman vasitələrinin satışı, habelə reseptlə satışı aparılmalı olan dərman vasitələrini reseptsiz satan iki aptekin fəaliyyəti dayandırılıb, bir aptekin lisenziyası alınıb. Cari il aparılan yoxlamalar nəticəsində əczaçılıq bazarından 835 adda 2874 qutu qeydiyyatsız və dövlət nəzarətindən keçməmiş dərman preparatları satışdan çıxarılıb.

M.Süleymanov əlavə edib ki, istehsalat müəssisəsinin yoxlanılması zamanı istehsalatın bütün mərhələlərini əhatə edən - xammalın keyfiyyəti, avadanlığın yoxlanılması, işçilərin peşəkarlıq səviyyəsi, istehsalat sahələrinin uyğunluğu, proseslərin validasiyası, sənədləşdirmə sistemi və s. ÜST-ün Etibarlı İstehsalat Təcrübəsi (Good Manufacturing Practice - GMP) standartlarına uyğunluğu araşdırırlır: "Bu cür yoxlamalar mütəmadi olaraq aparılacaq, müəssisələrin GMP - inspeksiya planları hazırlanıb. Həmin plana əsasən, ilk növbədə Azərbaycan Respublikasında ilk dəfə dərman vasitələrinin dövlət qeydiyyatına alınması məqsədilə müraciət edən istehsalçıların və idxal zamanı dərman vasitələrinin keyfiyyətində normativ sənədlərin tələbləri ilə uyğunsuzluq aşkar edilmiş istehsalçıların yoxlanılması nəzərdə tutulub".

M.Süleymanov qeyd edib ki, hazırda, əczaçılıq müəssisələrinin yaradılması və fəaliyyətini tənzimləyəcək Ümumdünya Səhiyyə Təşkilatının və Beynəlxalq Əczaçılıq Federasiyasının müvafiq tövsiyyələrini rəhbər tutaraq hazırlanmış "Etibarlı aptek təcrübəsi" və "Etibarlı distributor təcrübəsi" adlı yeni tələblər təsdiqlənmə mərhələsindədir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/389189.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR