Çindən Azərbaycana gələcək ikinci konteyner qatarı bu gün “Şahdağ” bərəsinə yükləniləcək

Çindən Azərbaycana gələcək ikinci konteyner qatarı bu gün “Şahdağ” bərəsinə yükləniləcək
13:48 10 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 dekabr, Elvin Camalov, AZƏRTAC
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə Çindən Azərbaycana gələcək ikinci konteyner qatarı dekabrın 10-da Qazaxıstanda “Şahdağ” bərəsinə yüklənəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat xidmətinin rəhbəri Vüqar Sadıqov deyib.
Onun sözlərinə görə fırtınalı hava şəraiti ilə əlaqədar Qazaxıstanın Aktau limanı bir neçə gün bağlı olub. Lakin bu gün “Şahdağ” bərəsi yükləmə körpüsünə daxil olub.
Çindən Azərbaycana gələn ikinci konteyner qatarı Azərbaycandan Türkiyəyə yola düşəcək.
Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə “Nomand ekspress” adlanan ilk sınaq konteyner qatarı avqustun 3-də Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatıb. İlk sınaq konteyner qatarı 41 platforma vaqonundan ibarət olub. Çindən Azərbaycana 6 günə çatan qatar iyulun 28-də Çinin Şixezi şəhərindən start götürüb, (3 gün) iyulun 31-də Qazaxıstanın Aktau limanına, (3 gün) avqustun 3-də isə Azərbaycana - Bakı Beynəlxalq Dəniz Ticarət Limanına çatıb.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/CHinden_Azerbaycana_gelecek_ikinci_konteyner_qatari_bu_gun_Sahdag_beresine_yuklenilecek-909965

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR