Azərbaycanın qiymətli kağızlar bazarında yenilik

Azərbaycanın qiymətli kağızlar bazarında yenilik
13:48 10 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Azad Həsənli - Trend:

2016-cı ildən Azərbaycanın qiymətli kağızlar bazarında məlumatların elektron açıqlanması sistemi işə başlayacaq. Trend-in məlumatına görə, bunu Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qiymətli kağızların tədavülünün tənzimlənməsi şöbəsinin müdiri Ağahüseyn Xudaverdiyev KİV-lər üçün "Açıq qapı günü" çərçivəsində deyib.

Onun sözlərinə görə, istənilən vaxt məlumatı sistemə daxil etmək mümkün olacaq və hər bir emitent saytda yerləşdirilən məlumata görə məsuliyyət daşıyacaq: "Sistem məlumatın açıqlanması üzərində nəzarətin səmərəliliyini artıracaq, eləcə də məlumatın açıqlanması üzrə emitentlərin xərclərini azaldacaq. Bundan başqa, sistem redaktə və dəyişiklik olmadan emitentlər barədə məlumat təqdim etməyə imkan yaradacaq. Digər resurslarda bu məlumatın paylaşılması həmin məlumatın bu sistemdə yerləşdirilməsindən sonra mümkün olacaq".

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2467867.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR