Azərbaycan Podqoritsada keçirilmiş ənənəvi “Milad xeyriyyə bazar”ında təmsil olunub

Azərbaycan Podqoritsada keçirilmiş ənənəvi “Milad xeyriyyə bazar”ında təmsil olunub
13:53 10 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+


Podqoritsa, 10 dekabr, AZƏRTAC
Azərbaycan Monteneqronun paytaxtı Podqoritsada keçirilmiş ənənəvi “Milad xeyriyyə bazar”ında təmsil olunub. Tədbirdə Monteneqrodakı diplomatik nümayəndəliklərin və bir sıra xarici şirkətlərin nümayəndələri, eləcə ölkəmizin Monteneqrodakı diplomatik nümayəndəliyinin əməkdaşları, Azərbaycan - Monteneqro İqtisadi və Mədəni Əlaqələr Mərkəzinin üzvləri iştirak ediblər.
Tədbirdə Hüseynbala Mirələmovun və Viktor Andriyanovun müəllifləri olduğu “Görkəmli insanların həyatı” silsiləsindən “Heydər Əliyev” kitabı, yazıçı Kamal Abdullanın “Yarımçıq əlyazma” əsəri, “Bakı” jurnalı, Azərbaycan şairlərinin uşaq şerlərinin Monteneqro dilinə tərcümə edilmiş “İzvor Radosti” (“Sevinc Qaynağı”) kitabı, Azərbaycan mətbəxinə və incəsənət nümunələrinə, İrəvan və Qarabağ xalçalarına aid nəşrlər nümayiş etdirilib.
Tədbir iştirakçılarına ADA Universiteti və təhsil proqramı ilə bağlı broşürlar paylanılıb, eyni zamanda, milli suvenirlərimiz, Azərbaycan mətbəxinin dadlı təamları nümayiş etdirilib.
Xeyriyyə bazarında Azərbaycanın təqdimatı Monteneqro televiziyası və mətbuatında geniş işıqlandırılıb. Tədbirdən toplanılmış vəsait xeyriyyə fonduna köçürülüb.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Podqoritsada_kechirilmis_enenevi_Milad_xeyriyye_bazarinda_temsil_olunub-909966

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR