AZƏRTAC ilə Anadolu Agentliyinin əməkdaşlığı müasir dövrün çağırışları əsasında inkişaf edir

14:08 10 Dekabr 2015
11 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 dekabr, AZƏRTAC
AZƏRTAC ilə Anadolu Agentliyinin əməkdaşlığı yeni dövrün çağırışları nəzərə alınmaqla inkişaf edir və hər iki qurum beynəlxalq informasiya alyansları çərçivəsində bir-birini fəal dəstəkləyir.
Bu fikirlər dekabrın 10-da Türkiyənin Anadolu Agentliyinin marketinq və biznesin inkişafı departamentinin direktoru Nedim Kayanın başçılıq etdiyi nümayəndə heyəti ilə Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC-da) keçirilən görüşdə səsləndirilib.
AZƏRTAC-ın Baş direktoru Aslan Aslanov qonaqlara son vaxtlar agentlikdə aparılan islahatlar, beynəlxalq əlaqələrin genişləndirilməsi, müasir dövrün çağırışları fonunda görülən işlər barədə ətraflı məlumat verib. Qeyd edib ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra AZƏRTAC və Anadolu Agentliyi arasında əlaqələr yüksələn xətlə inkişaf etməkdədir.
Görüşdə Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının XVI Baş Assambleyasının 2016-cı ildə AZƏRTAC-ın ev sahibliyi ilə keçirilməsi barədə qərarların qəbul edilməsinə Anadolu Agentliyinin verdiyi dəstək minnətdarlıq hissi ilə xatırlanıb.
Söhbət zamanı hər iki xəbər agentliyi arasında müxtəlif istiqamətlərdə, xüsusən texniki sahədə əməkdaşlıq məsələləri ilə bağlı müzakirələr aparılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/AZARTAC_ile_Anadolu_Agentliyinin_emekdasligi_muasir_dovrun_chagirislari_esasinda_inkisaf_edir-909975

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR