​Əli Kərimli AXCP-nin qurultayı ilə bağlı məhkəməyə müraciət edib

​Əli Kərimli AXCP-nin qurultayı ilə bağlı məhkəməyə müraciət edib
14:18 10 Dekabr 2015
21 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 10 dekabr. REPORT.AZ/ Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) partiyanın sentyabrın 27-də keçirilən qurultayının nəticələrinin dövlət reyestrinə daxil edilməsi üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.
Bu barədə "Report"a vəkil Fəxrəddin Mehdiyev məlumat verib.
O bildirib ki, iddia ərizəsi məhkəməyə dekabrın 9-da təqdim olunub.
Qeyd edək ki, Ədliyyə Nazirliyi AXCP-nin sentyabrın 27-də keçirilən qurultayı ilə bağlı məhkəməyə müraciət edilməsinin məqsədəuyğun olduğunu tövsiyə etmişdi.
Nazirlik Əli Kərimlinin sabiq müavini Razi Nurullayevin rəhbərlik etdiyi AXCP-nin oktyabrın 18-də keçirdiyi etimad qurultayı ilə bağlı da eyni qərarı verib.
Artıq R.Nurullayev də eyni iddia ilə 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə müraciət edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR