Türkan Şoray və qızı Yağmur Ünal Bakı Dövlət Universitetində tələbələrlə görüşüb

14:23 10 Dekabr 2015
120 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 dekabr, Flora Şükürova, AZƏRTAC
Dekabrın 10-da Türkiyənin tanınmış aktrisası Türkan Şoray və qızı Yağmur Ünal Bakı Dövlət Universitetində tələbələrlə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüş Yunus Əmrə İnstitutunun dəstəyi ilə təşkil olunub.
Görüşdə Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov çıxış edərək Türkan Şorayın bütün dünyada kinosevərlər tərəfindən yaxşı tanındığını söyləyib. “Onun əsli-kökü Azərbaycandandır. O, bizim qəlbimizdə yaşayan sənətkardır. Türkan xanım kino aləmində özünü təsdiqləmiş sənət adamalrındadır. Bir sözlə o, öz sənətinin sultanıdır”.
Sonra BDU-nun rektoru Abel Məhərrəmov Türkan Şoraya “Universitetin ən böyük dostu” mükafatını, qızı Yağmur Ünala isə universitetin gümüş medalını təqdim edib.
T.Şoray deyib: “Bir az əvvəl göz yaşlarımı saxlaya bilmədim. Mənə bu xoşbəxt hissləri yaşatdığınıza görə çox sağ olun”.
Sonda tələblərin sualları cavablandırılıb.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR