Bakı Xoreoqrafiya Akademiyasında Ümummilli Liderin xatirəsinə həsr olunmuş bədii kompozisiya nümayiş olunub

14:23 10 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 dekabr, Ceyhun Alışlı, AZƏRTAC
Dekabrın 10-da Bakı Xoreoqrafiya Akademiyasında müasir və müstəqil Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Ömrünü xalqına bəxş edən lider” adlı bədii kompozisiya nümayiş edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Bakı Xoreoqrafiya Akademiyasının rektoru, Əməkdar Elm Xadimi, professor Timuçin Əfəndiyev çıxış edərək dünya şöhrətli siyasi xadim, ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyəti və incəsənətindəki misilsiz xidmətlərindən bəhs edib.
Rektor bildirib ki, Heydər Əliyev hər zaman xalqımızın qəhrəmanlıqlarla dolu tarixi keçmişinə, zəngin mənəvi dəyərlərinə, maddi-mənəvi irsinə və incəsənətinə qayğı ilə yanaşıb. Ümummilli Liderin incəsənət xadimləri ilə hər bir görüşünün əlamətdar hadisəyə çevrildiyini qeyd edən T.Əfəndiyev, onun bir dövlət başçısı kimi hər zaman sənətkarlara qayğı göstərməsindən söz açıb.
Sonra ümummilli lider Heydər Əliyevin həyat yolunu tərənnüm edən yeddi hissəli bədii kompozisiya nümayiş olunub. Böyük maraqla qarşılanan kompozisiya “Ana”, “Yetkinlik”, “İki qəlbin sevgisi”, “Quruculuq”, “Cıdır düzü”, “Qələbəyə doğru” və “Əbədiyyət” adlı hissələr daxildir.
Qeyd edək ki, kompozisiyanın quruluşçu xoreoqrafı Xalq Artisti Yusif Qasımov, bədii rəhbəri Əməkdar Artist Sənan Hüseynlidir.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Baki_Xoreoqrafiya_Akademiyasinda_Umummilli_Liderin_xatiresine_hesr_olunmus_bedii_kompozisiya_numayis_olunub-909984

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR