Ermənistan Azərbaycan məscidini İrana verir

Ermənistan Azərbaycan məscidini İrana verir
14:36 10 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistan hakimiyyəti İrəvandakı Göy məscidi müvəqqəti olaraq İranın istifadəsinə verəcək.

ANS PRESS-in məlumatına görə, İran İslam Respublikasının Ermənistandakı səfirliyi ilə erməni dövlət qurumları bu haqda razılığa gəlib.

Ermənistan hakimiyyətinin 10 dekabr tarixli qərarına əsasən, İrəvanda tarixi və mədəni mərkəz kimi fəaliyyət göstərən Göy məscid və onun ətrafındakı ərazi Ermənistan Respublikasının mülkiyyətinə çevrilib. Bildirilib ki, bundan sonra mərkəz ölkənin Mədəniyyət Nazirliyinin ixtiyarına verilib.



Lakin məscidin və ətrafındakı ərazinin dövlət qeydiyyatından sonra İranın Ermənistandakı səfirliyi ilə Ermənistanın rəsmi qurumları arasında müqavilə imzalanacaq.

Həmin müqaviləyə əsasən, Göy məscid 99 il ərzində İran səfirliyinin ixtiyarında olacaq. Səfirliyin məscidin binasından mədəniyyət mərkəzi kimi istifadə ediləcəyi bildirilib.


İrəvandakı Göy məscid


Ermənistanın paytaxtı İrəvanda azərbaycanlılara məxsus dini məbəd olan Göy məscid 1766-ci ildə İrəvan xanı Hüseyn-Əli Xanın əmri ilə tikilib. İkinci dünya müharibəsindən sonra Sovet hakimiyyətinin radikal dünyəvi siyasətinə uyğun olaraq 4 minarədən 3-ü sökülüb.

20-ci əsrdə ermənilər məscidi iki dəfə yandırıblar - 1918-ci və 1955-ci illərdə. İkinci dəfə məscid azərbaycanlı din xadimi Mahmud Aruzoğlu, həyat yoldaşı və 22 nəfər türk alimi məsciddə ibadət edərkən yandırılıb. 1995–2006-cı illərdə Göy məscid İran tikinti şirkətlərinin köməyi ilə bərpa olunub.

2014-cü ilin sentyabrında aralarında Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası (TADDEF) üzvləri olan Türkiyədən 14 nəfər vətəndaş cəmiyyəti nümayəndələri Ermənistanın Gürcüstandakı səfilirliyinə müraciət edib. Onlar Ermənistanın paytaxtı İrəvana gedib Göy məsciddə namaz qılmaq istədiklərini bildirsələr də rədd cavabı alıblar.


Göy məscidin içərisi

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=366936

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR