AZAL Azərbaycana "donuz qripi"nin keçməsinin qarşısını almaq üçün tədbirləri artırır

AZAL Azərbaycana "donuz qripi"nin keçməsinin qarşısını almaq üçün tədbirləri artırır
14:37 10 Dekabr 2015
23 Digər
Ölkə mətbuatı
A- A+

İranda meydana çıxan "donuz qripi" epidemiyasının hava nəqliyyatı ilə Azərbaycana gətirilməsinin qarşısını almaq məqsədi ilə "Azərbaycan Hava Yolları" QCS-də (AZAL) çalışan və Bakı - Tehran - Bakı istiqamətində uşuşları həyata keçirən bütün təyyarə bələdçiləri üçün "donuz qripinin ilkin simptomları" başlığı altında maarifləndirici bülleten hazırlanıb.

Bu barədə Trend-ə AZAL-dan deyiblər.

AZAL-dan bildiriblər ki, onlar bununla tanış olaraq bu cür hallarla rastlaşdıqda hansı prosedurları yerinə yetimək lazım olduğunu bir daha nəzərdən keçiriblər.

Qeyd edək ki, son 3 həftədə İranda "donuz qripi"ndən 40 nəfər ölüb.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR