"Miss Azerbaijan" müsabiqəsi: yarıçılpaq səhnəyə çıxacaqlar - FOTO

"Miss Azerbaijan" müsabiqəsi: yarıçılpaq səhnəyə çıxacaqlar - FOTO
14:37 10 Dekabr 2015
102 Digər
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, ötən şənbə "Miss Azerbaijan - 2016" Milli Gözəllik müsabiqəsinin ilk seçim turu keçirilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, ilk seçim turunda 24 iştirakçı növbəti mərhələyə vəsiqə qazanıb.
Müsabiqənin təsisçisi və təşkilatçısı Anelya Orduxanova deyib:

- Birinci turda qızlar arasından 24 iştirakçı seçildi. Daha sonra növbəti seçim mərhələlərini keçirəcəyik. Eyni zamanda oğlanlar arasında da seçim turu olacaq. Finala 16 qız, 16 oğlan vəsiqə qazanacaq. Final mərhələsini may-iyun aylarında reallaşdırmağı planlaşdırırıq.

- Budəfəki müsabiqədə dəyişikliklər və yeniliklər olacaqmı?

- Bəli, növbəti turların birində, yaxud finalda istedad mərhələsi təşkil edəcəyik. Burada iştirakçıların rəqs və digər bacarıqlarını üzə çıxaracağıq. Bu mərhələ yarışa daha da rəng qatacaq.

- Son 3 ildə keçirilən "Miss Azerbaijan" yarışında diqqəti cəlb edən digər bir məqam isə həmin müsabiqəyə qatılan qızların çimərlik geyimi ilə səhnəyə çıxmaması idi. 2016-cı ildə də bu tendensiya qorunacaq?

- Budəfəki müsabiqədə xeyli dəyişikliklər və yeniliklər etmişik. Bunlardan biri də çimərlik geyimi ilə bağlıdır. Bu dəfə qızlar çimərlik geyimində səhnəyə çıxacaqlar. Biz bu barədə qızların razılığını da almışıq. Amma indiki müsabiqədə qapalı çimərlik geyimlərindən istifadə olunacaq, çox açıq-saçıqlığa yol verilməyəcək. Hər halda biz müsəlman ölkəsiyik və ictimai qınaqdan uzaq durmağa çalışırıq.

Eyni zamanda qadın münsiflərdən ibarət heyət qızların bədəninə lap yaxından baxacaq. Çünki çimərlik geyimində səhnəyə çıxanda hansısa qüsurlar ola bilər. Müsabiqənin qaydalarına uyğun gəlməyən iştirakçı yarışdan kənarlaşdırılacaq.

Bilirsiniz ki, beynəlxalq gözəllik müsabiqələrində bu cür qaydalar həmişə tətbiq olunur.

- Saytda müsabiqədə birinci turu keçən 24 iştirakçı barəsində xəbər yazıb, fotolarını dərc etdikdən sonra sosial şəbəkə istifadəçiləri namizədlər bərəsində gözəl olmadıqlarını, gözəllik müsabiqəsinə yaramayan qızların seçildiklərini yazdılar və bu barədə xeyli sayda telefon zəngləri qəbul etdik. Bununla bağlı nə söyləmək istərdiniz?

- İnsanlar bilmirlər, nə danışsınlar. Biz iştirakçıları universitetlərə, kəndlərə, şəhərlərə və ictimaiyyət arasına yollanıb seçməmişik. Sadəcə elan verib müraciət edən qızları dəvət etmişik. Daha sonra isə ilk seçim turunu təşkil etmişik. Bu, hələ son deyil, qarşıda bir neçə mərhələ var. Ən layiq olan qalib olacaq.

Fotolara baxıb insana dəqiq qiymət vermək olmaz. İnsan həyatda foto ilə eyni deyil, canlı görmək tamamilə başqadır.

Milli.Az











Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/389230.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR