Besnik Hasi: "İlk oyunda "Qarabağ"ı düzgün qiymətləndirməmişdim"

Besnik Hasi: "İlk oyunda "Qarabağ"ı düzgün qiymətləndirməmişdim"
14:42 10 Dekabr 2015
29 İdman
Ölkə mətbuatı
A- A+

"Anderlext" klubunun baş məşqçisi Besnik Hasi Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a qarşı keçiriləcək oyunla bağlı fikirlərini söyləyib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Belçika təmsilçisinin çalışdırıcısı bunları söyləyib: "Hələ püşkatmadan sonra mən demişdim ki, çətin qrupa düşmüşük. 1/16 finala çıxmaq çox çətin olacaq. "Qarabağ"la oyunöncəsi vəziyyətimiz ideala yaxındır. Hər şey öz əlimizdədir. Qalib gəlsək, hədəflərimizə çatacağıq. Hətta heç-heçə də bizim üçün sərfəlidir, ancaq bu ssenari ilə maraqlanmırıq. Bizim Avropa macəramızı davam etdirmək perspektivimizin olması oyunçular üçün əlavə motivasiyadır. Ancaq fakt budur ki, "Qarabağ" cəmi bir qələbə qazanıb, o da bizə qarşı. İlk matçın birinci hissəsindəki oyun bizim üçün xəcalət idi. O oyunda "Qarabağ"ı düzgün qiymətləndirməmişdim. Bu dəfə eks-"Anderlext"li Reynaldo da zədə səbəbindən oynamayacaq".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/389163.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR