Paytaxtın iri prospektlərində tıxac yaranıb.
ANS PRESS-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla verdiyi məlumata görə, Neftçilər prospektinin Bülbül prospekti ilə kəsişməsində nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur.
NİİM-dən bildirilib ki, sıxlığın yaranmasına səbəb həmin kəsişmədə baş vermiş yol nəqliyyat hadisəsi olub.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərdən alternativ yollardan istifadə etməyi tövsiyyə edir.
