Liderləri deputat seçilməyən partiyalar parçalanır

Liderləri deputat seçilməyən partiyalar parçalanır
14:52 10 Dekabr 2015
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Uzun müddət parlamentdə təmsil olunan İlyas İsmayılovla İqbal Ağazadənin növbəti seçkilərdə mandatlarını itirməsi onların rəhbərlik etdikləri Ədalət və Ümid partiyalarına da təsir edib. Bir sıra iddialara görə, sədrlərinin Milli Məclisdən qıraqda qalması həmin partiyaların rayon təşkilatlarının bəzilərində üzvlərin istefa vermələri ilə nəticələnib. 

Milli.Az modern.az-a istinadən bildirir ki, Ədalət Partiyasının sədri, keçmiş deputat İlyas İsmayılov belə bir məsələnin gündəmdə olmadığını deyib.

Onun sözlərinə görə, parlamentdə təmsil olunub-olunmamağının məsələ ilə heç bir əlaqəsi yoxdur: "Bizim partiyanın üzvləri əqidələrinə sədaqətlidirlər. Mandat əldə etməməyimin rayon təşkilatlarında ruh düşkünlüyünə, yaxud hansısa narazılığa səbəb olduğunu düşünmürəm. Belə bir məsələ gündəmdə deyil".

Ümid Partiyasının sədri İqbal Ağazadə parlamentdə təmsilçiliyin ondan asılı olmadığını deyib: "Rayon təşkilatları başa düşməlidir ki, parlamentdə təmsil olunmaq bizdən asılı olan məsələ deyil. Bizdən asılı olsaydı, Ümid Partiyası Milli Məclisdəki 125 yerə də iddialı olardı. Rayon təşkilatları bunu anlayır, oradakı insanlar da kifayət qədər ağıllıdırlar. Onların adından yayılan söhbətlər yanlışdır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/389225.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR