İranda zeytun bağlarından 100 min ton məhsul yığılıb

14:53 10 Dekabr 2015
28 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. Təmkin Cəfərov - Trend:

Zeytun yığımı başladığı gündən indiyədək ölkədəki bağlardan 100 min ton məhsul yığılıb. Bunu Zeytun yığımı layihəsinin rəhbəri Məhəmməd Ramazani Məlikverdi deyib. Trend-in məlumatına görə, bu barədə İranın Mehr agentliyi məlumat verir.

M.Ramazani Məlikverdi deyib ki, İranın Mərkəzi və Cənub əyalətlərində 82 min hektar zeytun bağında zeytun yağı istehsalı üçün yığıma başlanılıb: "5 min ton zeytun yağının istehsal olunacağını proqnozlaşdırırıq".

İranın İRNA agentliyinin məlumatına görə, İran zeytun yetişdirən 43 ölkənin arasında 11-ci yerdədir. İranda orta hesabla hər il 100 min ton zeytun məhsulu yığılır. Bu məhsulun 70 faizi konservləşdirilmə və istifadə üçün, 30 faizi isə zeytun yağı istehsalı məqsədi ilə istifadə olunur.

Bizi Twitter-dən izləyin: @trend_az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR