ARDNF-in icraçı direktoru MHŞT-nin Beynəlxalq İdarə Heyətinin 31-ci iclasında iştirak edir

ARDNF-in icraçı direktoru MHŞT-nin Beynəlxalq İdarə Heyətinin 31-ci iclasında iştirak edir
14:58 10 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 dekabr, Nihad Budaqov, AZƏRTAC
Kiyevdə Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Beynəlxalq İdarə Heyətinin 31-ci iclası keçirilir. MHŞT üzrə hökumət komissiyasının sədri, idarə heyətinin üzvü, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümovun başçılıq etdiyi nümayəndə heyəti iclasda iştirak edir.
ARDNF-in ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, 2016-cı il MHŞT üzrə Qlobal konfrans öncəsi İdarə Heyətinin iclasında qiymətləndirmə prosesi, daxili idarəetmə və MHŞT standartına dəyişikliklər üzrə müzakirələr aparılıb.
İdarə Heyətinin üzvləri “Günəşli” yatağının 10-cu özülündə baş vermiş faciə ilə əlaqədar Azərbaycan nümayəndə heyətinə baş sağlığı verib.
MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulub. MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana “2009-cu il MHŞT mükafatı” təqdim edilib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ARDNF_in_icrachi_direktoru_MHST_nin_Beynelxalq_Idare_Heyetinin_31_ci_iclasinda_istirak_edir-909999

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR