İranda havaların soyumasına görə, bəzi bölgələrdə otellərdə qiymətlərdə güzəştlər edilir və bu güzəştlər bəzi hallarda 70 faizə qədərdir. Bunu İranın otel və mehmanxanalar birliyinin sədri Məhəmmədəli Fərrux deyib.
Trend-in məlumatına görə, bu barədə İranın İSNA agentliyi məlumat verir.
M.Fərrux bildirib ki, paytaxt Tehranda isə otel və mehmanxanalardakı qiymətlər həftənin ilk günləri baha, son günləri isə ucuz olur: "Bu ona görədir ki, tətil və istirahət günləri Tehran otellərində yerlər boşalır. İnsanlar daha çox digər turizm bölgələrinə getməyə üstünlük verirlər. Həftənin son günlərində Tehrandakı otel və mehmanxanalarda qiymətlərdə 20-60 faizədək güzəşt edilir".
Onun sözlərinə görə, otel və mehmanxanaların qiymətlərində artım gözlənilmir.
İranın Mehr agentliyinin məlumatına görə, İranda hazırda 1100 otel var ki, onlardan 130-u 4 və 5 ulduzludur. 540 apartament otel var ki, onlardan 30-u 5 ulduzdur. 2025-ci ilədək otellərin sayının ölkədə 3 dəfə artırılması planlaşdırılır. Ekspertlərin fikrincə, 2025-ci ilə qədər İrana gələn turistlərin sayı indiki göstərici - 5 milyon nəfərdən 20 milyon nəfərədək artacaq.
Milli.Az