Qəzaya uğrayan gəmi Bakı sahillərindədir

Qəzaya uğrayan gəmi Bakı sahillərindədir
15:14 10 Dekabr 2015
51 Digər
Ölkə mətbuatı
A- A+

Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları gəmidə yoxlama aparırlar

Xəzər dənizində qəzaya uğrayan “Sarmat-1” gəmisi artıq Bakı dəniz limanına çatıb. Lent.az-ın “ANS PRESS”ə istinadən verdiyi məlumata görə, Azərbaycana məxsus yedək vasitəsilə dəniz limanına gətirilən Rusiya gəmisində hazırda Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları yoxlama aparır. Onlar gəmi heyətinin və yükün sənədlərini yoxlayırlar.

Gəmidə Rusiya vətəndaşı olan 11 nəfər heyət üzvü, eləcə də 1750 ton metal və ağac materialları var. Heyət üzvlərinin yoxlama başa çatanadək Azərbaycan sahillərinə çıxmasına icazə verilmir.

”Sarmat-1”in kapitanı Vasili Laqodin bildirib ki, heyət üzvləri sağ-salamatdırlar. O, qəza vəziyyətində olan gəmini xilas etdiyinə görə, Azərbaycan hökumətinə minnətdarlığını bildirib. Azərbaycan Dövlət Dəniz Administrasiyasının sədr müavini Namiq Ağamalıyevin verdiyi məlumata görə. DGK və DSX əməkdaşlarının apardığı yoxlamalar başa çatdıqdan sonra Administrasiyanın mütəxəssisləri gəmiyə baxış keçirəcək, qəza şəraitinin yaranmasına səbəb olmuş nasazlıq müəyyənləşdiriləcək. Gəminin təmirə nə qədər dayanacağı bundan sonra məlum olacaq.

Gəminin hansı zavodda təmir ediləcəyini isə gəmi kapitanı Vasili Laqodin seçəcək. Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanov bildirib ki, Azərbaycan tərəfi Bakıdakı gəmi təmiri zavodları barədə məlumatları gəmi kapitanına təqdim edəcək.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/14040

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR