“Qarabağ” klubu “Konstant Vanden Stok” stadionunda məşqə çıxıb

“Qarabağ” klubu “Konstant Vanden Stok” stadionunda məşqə çıxıb
15:28 10 Dekabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 10 dekabr, AZƏRTAC
Bu gün Ağdamın “Qarabağ” futbol klubu Brüsseldəki “Konstant Vanden Stok” stadionunda məşqə çıxıb.
Klubdan AZƏRTAC-a bildiriblər ki, Avropa Liqası yarışlarının qrup mərhələsinin sonuncu turu çərçivəsində səfərdə Belçikanın “Anderlext” komandası ilə qarşılaşacaq “Qarabağ” 1 saat məşq etdikdən sonra oyunun hazırlığını başa vurub.
Qeyd edək ki, oyun sloveniyalı hakim Slavko Vinçiçə tapşırılıb. Ona həmyerliləri Bojan Ul və Tomas Klançnik kömək edəcəklər. Dördüncü hakim funksiyasını Andraz Kovaçiç yerinə yetirəcək.
“Anderlext”-“Qarabağ” oyunu bu gün Bakı vaxtı ilə gecə saat 00:05-də başlayacaq.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qarabag_klubu_Konstant_Vanden_Stok_stadionunda_mesqe_chixib-910007

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR