Bahar Muradova: "...hər bir nardaranlı kömək etməlidir"

Bahar Muradova: "...hər bir nardaranlı kömək etməlidir"
15:32 10 Dekabr 2015
45 Digər
Ölkə mətbuatı
A- A+

Hesab edirəm ki, Azərbaycan dövləti və müvafiq qurumlar Nardaranda qanunla müəyyən olunmuş səlahiyyətlərini yerinə yetirir.

APA-nın məlumatına görə, bunu Milli Məclisin sədr müavini Bahar Muradova Nardaran hadisələrinə münasibət bildirərkən deyib.

B.Muradova qeyd edib ki, Nardaran sakinləri də daxil olmaqla, hər bir vətəndaş qanunun öhdəliklərinə əməl etməyə borcludur: "Biz hüquqlarımızı bildiyimiz kimi, vəzifələrimizə də diqqətlə yanaşmalıyıq. Hesab edirəm ki, Nardaranda vəziyyətin ümumi Azərbaycandakı vəziyyətə uyğunlaşdırılması prosesinə hər bir Nardaran sakini kömək etməlidir. Bu gün cəmiyyətimizi narahat edən məsələlərin aradan qaldırılması, radikal hərəkətlərə qarşı düzgün münasibətin formalaşması və digər məsələlərdə vətəndaşlar müvafiq qurumların apardığı işə dəstək verməlidirlər".

O əlavə edib ki, Azərbaycan qanunları ölkə sərhəddi daxilindəki hər yerdə hər bir şəxs üçün vahid şəkildə icra olunmalıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/389239.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR