Hacıqabulda mikroavtobus aşdı: ölü və yaralılar var

Hacıqabulda mikroavtobus aşdı: ölü və yaralılar var
15:34 10 Dekabr 2015
19 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı-Qazax yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax magistralının 80-ci kilometrliyində Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində qeydə alınıb.

 

Qazax rayon sakini Mustafayev Elçin Şahvələd oğlunun idarə etdiyi “Ford” markalı mikroavtobusun aşması nəticəsində avtomobildə olan sərnişin, 1980-ci il təvəllüdlü Hacıqabul rayonunun Udulu kənd sakini, Eminov Nemət Dostəli oğlu dünyasını dəyişib. Digər sərnişinlər - ölən şəxsin atası, 1955-ci il təvəllüdlü Eminov  Dostəli Hümbət oğlu, anası 1958-ci il təvəllüdlü Eminova Əntiqə Məmmədəli qızı və Kürdəmir rayonu Şilyan kənd sakini, 1970-ci il təvəllüdlü Məmmədov Nemət Həsrət oğlu Şirvan Şəhər Xəstəxanana yerləşdirilib.

 

Məlumata görə, qabaq təkərinin partlaması mikroavtobusun yoldan çıxaraq aşmasına səbəb olub.

 

Faktla bağlı BDYPİ-də araşdırma aparılır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224693

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR