Qəbirstanlıqlarda pulsuz Wi-Fi quraşdırılacaq

Qəbirstanlıqlarda pulsuz Wi-Fi quraşdırılacaq
15:34 10 Dekabr 2015
30 Dünya
Ölkə mətbuatı
A- A+

Moskva hökuməti çox ziyarət edilən qəbirstanlıqları vətəndaşlar üçün daha rahat və informativ etmək qərarına gəlib.

Lent.az-ın news.ru-ya istinadən məlumatına görə, bu məqsədlə Moskvanın Vaqankovski, Novodeviçi, Troekurov qəbirstanlıqlarında pulsuz Wi-Fi təşkil ediləcək.  

Pulsuz internetin ilk olaraq istirahət yerləri ayrılmış və oturacaqlar olan qəbirstanlıqlarda təşkili nəzərdə tutulur. Bunun mədəni-maarif xarakteri daşıdığı deyilir. Qərarın 2016-cı ilin birinci yarısında gerçəkləşməsi planlaşdırılır.

Bundan başqa, bu ilin oktyabr ayından Moskva hökuməti ailəvi qəbirlərin satışını elektron auksion sistemi ilə həyata keçirməyə başlayıb.

Həmçinin, Moskvanın Vaqankovski, Novodeviçi qəbirstanlıqlarında qəbirlərin GPS koordinatlarını daha rahat tapmaq üçün terminallar da yerləşdirilib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224694

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR