ARDNF-in başçısı MHŞT-nin Beynəlxalq İdarə Heyətinin iclasında iştirak edir

15:37 10 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Report"a Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) verilən məlumata görə, MHŞT üzrə Hökumət Komissiyasının sədri, İdarə Heyətinin üzvü, Fondun icraçı direktoru Şahmar Mövsümovun başçılıq etdiyi nümayəndə heyəti iclasda iştirak edir.
2016-cı il MHŞT üzrə Qlobal Konfrans öncəsi İdarə Heyətinin iclasında qiymətləndirmə prosesi, daxili idarəetmə və MHŞT Standartına dəyişikliklər üzrə müzakirələr aparılır. İdarə Heyətinin üzvləri "Günəşli" yatağının 10-cu platformasında baş vermiş faciə ilə əlaqədar olaraq Azərbaycan nümayəndə heyətinə baş sağlığı verib.
Qeyd edək ki, MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulub. MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilib.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/ardnf-in-bascisi-mhst-nin-beynelxalq-i-dare-heyetinin-iclasinda-istirak-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR