​DESFA ilə bağlı son qərar 2016-cı ilin əvvəlində veriləcək

​DESFA ilə bağlı son qərar 2016-cı ilin əvvəlində veriləcək
15:37 10 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 10 dekabr. REPORT.AZ/ Yunanıstanın qazpaylayıcı operatoru olan DESFA şirkətinin 17%-lik səhm zərfinin İtaliyanın "Snam", Belçikanın "Fluxys" və ya İspaniyanın "Enagas" şirkətinə satılması ilə bağlı əsas müqavilə 2016-cı ilin birinci rübündə imzalanacaq. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlama verən Yunanıstan Dövlət Aktivlərinin İnkişafı Fondunun (HRADF) rəhbəri Stergios Pitsiorlas deyib.
S.Pitsiorlasın sözlərinə görə, DESFA məsələsi ilə əlaqədar artıq tərəflər arasında zəruri məxfilik sazişi imzalanıb və hazırda təkliflər Avropa Rəqabət Komissiyası tərəfindən nəzərdən keçirilir.
Qeyd edək ki, 2013-cü ilin iyununda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) DESFA ilə bağlı Yunaıstan hökumətinin keçirdiyi tenderin qalibi olub və 400 mln. avroya bu şəbəkənin 66%-ni alıb. Hazırda isə müzakirələr yunan hökumətinin DESFA-nın SOCAR-a məxsus 17%-lik hissəsinin digər şirkətlərə satılması ətrafında aparılır.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/desfa-ile-bagli-son-qerar-2016-ci-ilin-evvelinde-verilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR